main-post-cover

    TikTok-da süni zəka vasitəsilə mahnı tərtibatı funksiyası test edilir

    Sosial Media
    22.01.2024
    Emil Nəcəfov
         TikTok öz platformasında AI Song adlı yeni funksiyanın testinə start verib. Sözügedən yeni funksiya süni zəka texnologiyasının istifadəsi ilə mətn formatında təsvirlər əsasında mahnıların tərtibatını reallaşdırır. Məlumata əsasən mahnıların tərtib olunmasında pop, hip-hop və EDM janrlarında daha öncədən hazırlanmış musiqi kataloqundan istifadə edilir. İstifadəçi tərtib etmək istədiyi mahnının sözlərini daxil edir, sistem isə həmin sözlərə uyğun musiqini seçir. Bununla yanaşı sistem mahnının vokal tərəfini də ayarlayır. Məlumata əsasən AI Song sözügedən funksiyanın yekun adı deyil. Üstəlik funksiya məhdud sayda istifadəçi arasında test edilir. Lakin funksiyanı test edən istifadəçilər alqoritmin o qədər də yaxşı şəkildə çalışmadığını qeyd ediblər. Onların sözlərinə əsasən tərtib edilən mahnılarda vokal hissə musiqi notları ilə üst-üstə düşmür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    2023-cü ildə istifadəçilər TikTok daxilində ümumilikdə 10 milyard dollar vəsait xərcləyiblər
    2023-cu-ilde
    TikTok-un sahibi ByteDance öz süni zəka modeli üçün gizli şəkildə OpenAI texnologiyalarından istifadə edir
    tiktok-un-sahibi-bytedance-oz-suni-zeka-modeli-ucun-gizli-sekilde-openai-texnologiyalarindan-istifade-edir
    Ən çox gəlir əldə etmiş mobil tətbiqlər müəyyən edilib
    en-cox-gelir-elde-etmis-mobil-tetbiqler-mueyyen-edilib
    TikTok-da 15 dəqiqəlik videoların yüklənməsi funksiyası test edilir
    tiktok-da-15-deqiqelik-videolarin-yuklenmesi-funksiyasi-test-edilir