main-post-cover

    2023-cü ildə istifadəçilər TikTok daxilində ümumilikdə 10 milyard dollar vəsait xərcləyiblər

    Sosial Media
    11.01.2024
    Emil Nəcəfov
         Bloomberg saytının vermiş olduğu hesabata əsasən TikTok öz daxilində xərclərin il ərzində 10 milyard dollara çatmış ilk tətbiq olub. Daxilində o qədər də ciddi alış-veriş sisteminin olmadığı bu sosial şəbəkə istifadəçilərə öz sevdikləri video müəlliflərinə ödənişlər etmək imkanını təqdim edir. Bloomberg tərəfindən təqdim edilmiş hesabatda xərclər də məhz bu ödənişlərdir. 2023-cü il üzrə istifadəçilərin TikTok daxilində ümumilikdə 10 milyard dollar xərcləmələri bu sosial şəbəkənin nə dərəcədə məşhur olduğunu göstərir. Ümumilikdə isə istifadəçilər müxtəlif tətbiqlər daxilində 2023-cü il ərzində 64 milyard dollar vəsait xərcləyiblər. Yəni ümumi xərclənmiş bu vəsaitin 15%-i məhz TikTok-un payına düşüb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    TikTok-un sahibi ByteDance öz süni zəka modeli üçün gizli şəkildə OpenAI texnologiyalarından istifadə edir
    tiktok-un-sahibi-bytedance-oz-suni-zeka-modeli-ucun-gizli-sekilde-openai-texnologiyalarindan-istifade-edir
    Ən çox gəlir əldə etmiş mobil tətbiqlər müəyyən edilib
    en-cox-gelir-elde-etmis-mobil-tetbiqler-mueyyen-edilib
    TikTok-da 15 dəqiqəlik videoların yüklənməsi funksiyası test edilir
    tiktok-da-15-deqiqelik-videolarin-yuklenmesi-funksiyasi-test-edilir