Telegram Fransada sosial şəbəkə kateqoriyası üzrə ən çox yüklənən tətbiq olub
Sosial Media
27.08.2024
Emil Nəcəfov
Telegram-ın yaradıcısı Pavel Durov-un Fransa-da hüquq-mühafizə orqanları tərəfindən saxlanılması və onun müxtəlif mövzularda ittiham olunmasından sonra Telegram tətbiqi ABŞ regionu üzrə App Store platformasındakı sosial şəbəkə tətbiqləri kateqoriyasının ən çox yüklənən ikinci tətbiqi olub. Tətbiqin yüklənmə sayı hal-hazırda yüksəlməyə davam edir. Pavel Durov-un Fransada saxlanılması hadisəsi messencerin məşhurluğuna və reytinqinə müsbət təsir göstərir.
Bu hal bəzilərində heç də müsbət fikirlər yaratmasa da, Telegram bu cür haldan yalnız müsbətə çıxır. Belə ki, messencer həm yüklənmə sayını həm də istifadəçi kütləsini artırır. Məlumata əsasən Telegram-ın iOS üzrə qlobal yüklənmə sayı 4% yüksəlib. Tətbiq ABŞ regionunda sosial şəbəkə tətbiqləri arasında ən çox yüklənən ikinci tətbiq pilləsinə ani olaraq qalxmayıb. Bu, bazar ertəsi baş verib. Bu isə o deməkdir ki, messencerin daha çox məşhurlaşması prosesi yenicə başlayıb.
Fransa regionu üzrə App Store platformasında isə Telegram sosial şəbəkə tətbiqləri kateqoriyasında birinci pilləyə qalxıb. Qeyd etmək lazımdır ki, Telegram-ın yaradıcı Pavel Durov keçən həftənin sonunda Paris hava limanında Fransanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı. O, Telegram daxilində ciddi moderasiyanın olmamasında və nəticədə messencer üzərindən reallaşdırılan narkotik ticarətdə, pulların yuyulmasında və azyaşlıların əhatə olunduğu pornoqrafik materialların yayılmasında iştirakda günahlandırılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Hakerlər Fransanın dövlət strukturlarına kiberhücumlar ediblər
Hakerlər Fransanın dövlət strukturlarına kiberhücumlar ediblər
Telegram-ın yaradıcısı Pavel Durov-un 24 oktyabr tarixində Fransanın hüquq-mühafizə orqanları tərəfindən Paris hava limanında saxlanılmasından sonra ölkənin bir sıra dövlət strukturlarının saytları haker qruplaşmaları tərəfindən DDoS hücuma məruz qalıblar.
Telegram-ın qurucusu Pavel Durov, Fransada polislər tərəfindən saxlanılıb!
Telegram-ın qurucusu Pavel Durov, Fransada polislər tərəfindən saxlanılıb!
Telegram-ın qurucusu Pavel Durov, ona qarşı irəli sürülən ittihamlara görə Fransada saxlanılıb. Twitter-də isə bu mövzudakı hashtag-ların maraqlı şəkildə bloklandığı müşahidə edilib.
Telegram təkmilləşdirilmiş brauzeri və digər yenilikləri əldə edib
Telegram təkmilləşdirilmiş brauzeri və digər yenilikləri əldə edib
Telegram üçün növbəti böyük yenilənmə istifadəyə verilib. Bunun sayəsində messencer yeni imkanları əldə edib.
Telegram-ın Android versiyasında ciddi boşluq aşkar edilib
Telegram-ın Android versiyasında ciddi boşluq aşkar edilib
ESET şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri bir neçə müddət bundan öncə Telegram-da aşkar edilmiş ciddi boşluq barəsində məlumat veriblər.
Telegram-ın aylıq istifadəçi kütləsi 900 milyonu keçib
Telegram-ın aylıq istifadəçi kütləsi 900 milyonu keçib
Messencerin yaradıcısı olan Pavel Durov ümid edir ki, bu ilin sonuna kimi Telegram-ın aylıq istifadəçi kütləsi 1 milyardı keçəcək.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!