Hakerlər Fransanın dövlət strukturlarına kiberhücumlar ediblər
Təhlükəsizlik
27.08.2024
Emil Nəcəfov
Telegram-ın yaradıcısı Pavel Durov-un 24 oktyabr tarixində Fransanın hüquq-mühafizə orqanları tərəfindən Paris hava limanında saxlanılmasından sonra ölkənin bir sıra dövlət strukturlarının saytları haker qruplaşmaları tərəfindən DDoS hücuma məruz qalıblar. Məlumata əsasən DDoS hücuma Fransanın dövlət xidməti saytı, Dərmanların və Tibbi Məhsulların Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Birliyi, Voix du Nord adlı gündəlik qəzetin saytı, pasientlərin online şəkildə həkimlərə yazılması sistemi olan Doctolib məruz qalıblar.
Hakerlərin bu strukturlara kiberhücumları nəticəsində onlardan keçən həftənin bazar günü ərzində istifadə etmək mümkün olmayıb. Məlumatda qeyd edilib ki, Fransanın dövlət strukturlarına kiberhücumları UserSec, RipperSec, Holy League və Cyber Army Now adlı haker qruplaşmaları reallaşdırıblar. Bu cür kiberhücumların intensivlikləri yaxın günlərdə arta bilər. Pavel Durov-a gəldikdə isə o hələ də Fransanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış vəziyyətdə qalır. Yeni məlumata əsasən onun saxlanılma müddəti 28 avqust tarixinə kimi uzadılıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Android üçün olan yeni zərərli proqram təminatı bank kartları məlumatlarını oğurlayır
Android üçün olan yeni zərərli proqram təminatı bank kartları məlumatlarını oğurlayır
Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android istifadəçilərinə hədəflənmiş yeni zərərli proqram təminatını aşkar ediblər.
Telegram-ın qurucusu Pavel Durov, Fransada polislər tərəfindən saxlanılıb!
Telegram-ın qurucusu Pavel Durov, Fransada polislər tərəfindən saxlanılıb!
Telegram-ın qurucusu Pavel Durov, ona qarşı irəli sürülən ittihamlara görə Fransada saxlanılıb. Twitter-də isə bu mövzudakı hashtag-ların maraqlı şəkildə bloklandığı müşahidə edilib.
WhatsApp-da iranlı hakerlərin hesabları bloklanıb
WhatsApp-da iranlı hakerlərin hesabları bloklanıb
Meta şirkəti rəsmi şəkildə bildirib ki, o, WhatsApp-da iranlı hakerlər tərəfindən istifadə edilmiş hesabları bloklayıb.
Hakerlər iOS və Android-in təhlükəsizlik sistemlərindən veb tətbiqlər vasitəsilə yan keçməyi öyrəniblər
Hakerlər iOS və Android-in təhlükəsizlik sistemlərindən veb tətbiqlər vasitəsilə yan keçməyi öyrəniblər
Fişinq (phishing) məqsədli dələduzluq sxemlərini hazırlayanlar özəl məlumatların oğurlanması üçün nəzərdə tutulmuş tətbiqlərlə mübarizəyə istiqamətlənmiş mexanizmlərdən yan keçməyi öyrəniblər.
Hakerlər, Windows-a sızmağın tamamilə yeni bir yolunu tapıblar!
Hakerlər, Windows-a sızmağın tamamilə yeni bir yolunu tapıblar!
Tayvanda bir universitet, əvvəllər sənədləşdirilməmiş Windows arxa qapısından istifadə edərək mürəkkəb kiberhücuma məruz qalıb. Hücumda istifadə edilən üsul və hakerlər tərəfindən aşkar edilən zəiflik bütün kibertəhlükəsizlik mütəxəssislərini təşvişə salıb.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!