Reddit istifadəçiləri, YouTube-un uşaq kanallarında 18+ videoların paylaşıldığını bildirirlər!
Sosial Media
13.08.2024
Farid Pardashunas
YouTube-da uşaqlara yönəlmiş kimi görünən bəzi məzmunların ədəbsiz videolarla dolu olduğu müəyyən edilib. Yaradıcılar, YouTube siyasətlərindən yan keçmək üçün animasiyalar yaradırlar.
Reddit istifadəçilərinin fikrincə, kanal sahibləri YouTube qaydalarından yan keçmək üçün animasiya məzmunu yaradırlar. Kanala kənardan baxan istifadəçi, onun uşaqlar üçün məzmun hazırladığını düşünür. Lakin videoları izləməyə başladıqda vəziyyət dəyişir. İddialara görə, sözügedən kanallarda hər cür “NSFW” məzmunu yer alır. Reddit istifadəçiləri iddia edirlər ki, sözügedən kanal sahibləri hər şeyi açıq şəkildə göstərirlər. Əslində iş o yerə çatıb ki, hətta videoların üz qabığında da çılpaqlıq elementləri var. Onu da qeyd edək ki, platformanın aylıq istifadəçilərinin sayı təxminən 2.5 milyarddır və bunun da 10%-ni uşaqlar təşkil edir. Vəziyyətin nə qədər ciddi olduğunu bu statistikadan başa düşmək olar.
Artıq bir müddətdir ki, YouTube-da çılpaqlıqla bağlı məzmunlar yer almağa davam edir. Platforma, bununla bağlı əlindən gələni etdiyini desə də, deyəsən, hələ də tam həll yolunu tapa bilməyib. Əgər xatırlayırsınızsa, bu yaxınlarda sizinlə paylaşdığımız bir xəbərdə, zahirən OnlyFans fenomeni kimi görünən bir qadının "təhsil" adı altında ədəbsiz davranışlar sərgilədiyini qeyd etmişdik. İndi isə görək YouTube bütün bunları necə həll edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Gemini YouTube-da yeni videoların tərtibatında yardımçı olacaq
Google Gemini YouTube-da yeni videoların tərtibatında yardımçı olacaq
Google şirkəti YouTube-dakı Creator Studio-ya Gemini süni zəka modelini inteqrasiya edib.
Google və Meta-nın uşaqları hədəf alan gizli ortaqlığı üzə çıxıb!
Google və Meta-nın uşaqları hədəf alan gizli ortaqlığı üzə çıxıb!
Google və Meta sosial media platformaları, YouTube və Instagram vasitəsilə uşaqları hədəfə alıb. Reklam siyasətləri ilə uşaqları cinsiyyətçi reklamlara məruz qoyan şirkətlər, ortaqlıqları üzə çıxdıqdan sonra planlarından əl çəkiblər.
Nvidia, süni intellekt üçün Netflix və YouTube videolarından icazəsiz istifadə edirmiş!
Nvidia, süni intellekt üçün Netflix və YouTube videolarından icazəsiz istifadə edirmiş!
Süni intellekt şirkətlərinin təlim məlumatları kimi istifadə etdiyi məzmun və platformalar mübahisələrə səbəb olur. İndi isə Nvidia-nın süni intellekt üçün Netflix və YouTube videolarından istifadə etdiyi bildirilir.
Windows 11, bir istifadəçi tərəfindən 10 illik Intel Celeron prosessorlu noutbukda çalışdırıla bilib!
Windows 11, bir istifadəçi tərəfindən 10 illik Intel Celeron prosessorlu noutbukda çalışdırıla bilib!
Daha əvvəl Windows 11-in köhnə kompüterlərdə də sürətl şəkildə çalışdığı ortaya çıxmışdı. İndi isə Reddit-də bir istifadəçi, 10 yaşlı Intel Celeron prosessorlu noutbukunda Windows 11 quraşdırdığını və onun çox yaxşı işlədiyini bildirib.
YouTube reklam bloklayıcılarının istifadəçilərinə qara ekran sərgiləyir
YouTube reklam bloklayıcılarının istifadəçilərinə qara ekran sərgiləyir
YouTube reklam bloklayıcılarından istifadə edən istifadəçilər ilə mübarizə aparmağa davam edir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ