Windows 11, bir istifadəçi tərəfindən 10 illik Intel Celeron prosessorlu noutbukda çalışdırıla bilib!
Proqram Təminatı
06.08.2024
Farid Pardashunas
Daha əvvəl Windows 11-in köhnə kompüterlərdə də sürətl şəkildə çalışdığı ortaya çıxmışdı. İndi isə Reddit-də bir istifadəçi, 10 yaşlı Intel Celeron prosessorlu noutbukunda Windows 11 quraşdırdığını və onun çox yaxşı işlədiyini bildirib.
TPM 2.0, 2016-2017-ci illərdə istehsal edilmiş bir çox kompüterdə mövcuddur. Köhnə kompüterlər ümumiyyətlə etibarlı platforma modulu ilə təchiz olunmadığından, onlar rəsmi olaraq Windows 11-i dəstəkləmirlər. Bununla belə, Windows 11-i TPM 2.0 ilə təchiz olunmayan cihazlara qeyri-rəsmi quraşdırmağın yolları var Üstəlik, Windows 11, bu kompüterlərdə əla işləyir.
Reddit-də bir istifadəçi, Rufus proqramından istifadə edərək 2014-cü il tarixli Intel N2940 prosessoru ilə noutbukunda Windows 11-i quraşdırdığını və kompüterin 7 saniyə ərzində işə düşdüyünü və hətta oyun oynaya bildiyini paylaşıb. O, həmçinin bildiriş mərkəzi, WiFi və Parametrlər paneli daxil olmaqla hər şeyin Windows 10-dan təxminən 50% daha sürətli şəkildə yükləndiyini söyləyib. İstifadəçinin etdiyi yeganə dəyişiklik 2 GB RAM-ı 4 GB-a qədər artırmaq və SSD əlavə etmək olub. İstifadəçi, Windows 11-i quraşdırdıqdan sonra ümumiyyətlə optimallaşdırmaq üçün heç bir şey etmədiyini, lakin RAM ilə bağlı problemlərin qarşısını almaq üçün svchost-u redaktə etdiyini bildirib. Bəzi istifadəçilər, Microsoft-un Windows 11-i köhnə cihazlarda rəsmi şəkildə dəstəkləməsi üçün təkmilləşdirməli olduğunu söyləyirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yeni silindrşəkilli yelkənlər, gəmilərdəki yanacaq sərfiyyatını 90% azaldacaq!
Yeni silindrşəkilli yelkənlər, gəmilərdəki yanacaq sərfiyyatını 90% azaldacaq!
Küləklə işləyən yeni bir mühərrik növü, tezliklə yük gəmilərini enerji ilə təmin edə və onların dizeldən asılılığını azalda bilər. CoFlow Jet-in bu innovativ həlli, yanacaq sərfiyyatına 90% qənaət edir.
Porsche Taycan avtomobili ilə simsiz enerji doldurma rekordu qırılıb!
Porsche Taycan avtomobili ilə simsiz enerji doldurma rekordu qırılıb!
ABŞ Energetika Nazirliyinin Oak Ridge Milli Laboratoriyasına (ORNL) icarəyə verilmiş modifikasiya edilmiş Porsche Taycan, minik avtomobilində ən sürətli simsiz enerji doldurma sürətinə nail olmaqla rekord qırıb
Çin, canlı quşlardan fərqlənməyən kəşfiyyat PUA-ları hazırlayır! (VİDEO)
Çin, canlı quşlardan fərqlənməyən kəşfiyyat PUA-ları hazırlayır! (VİDEO)
Çin ordusu, uzaqdan baxıldığında canlı quşlardan fərqlənməyən pilotsuz uçuş aparatları (PUA) inkişaf etdirərək texnoloji innovasiyanın sərhədlərini növbəti dəfə aşmağa davam edir.
Böyük texnoloji şirkətlər süni zəkaya ümumilikdə artıq 100 milyard dollardan çox investisiya yatırıblar
Böyük texnoloji şirkətlər süni zəkaya ümumilikdə artıq 100 milyard dollardan çox investisiya yatırıblar
Böyük texnoloji şirkətlər bu il öz xərclərini ümumi olaraq 100 milyard dollardan yüksək məbləğə kimi artırıblar. Bu isə həmin şirkətlərin keçən ilki ümumi xərclərindən 50% yüksəkdir.
Ləğv edilmiş qatlana bilən Microsoft Surface Duo 3 smartfonunun render fotoları təqdim edilib
Ləğv edilmiş qatlana bilən Microsoft Surface Duo 3 smartfonunun render fotoları təqdim edilib
Microsoft şirkəti 2021-ci ildə qatlana bilən Surface Duo 2 smartfonunu təqdim etmişdi. Daha sonra isə şirkət Surface Duo 3 üzərində çalışmağa başladı. Lakin nəticədə Surface Duo 3 şirkət tərəfindən ləğv edildi.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ