Instagram yeniyetmələri intim mövzuda maliyyə dələduzluqlarından qoruyacaq
Sosial Media
15.04.2024
Farid Pardashunas
Meta şirkəti yaxın zamanda Instagram-da yeni təhlükəsizlik funksiyasını işə salacaq. İşə düşəcək yeni təhlükəsizlik funksiyası Instagram-da yeniyetmələrin seksual kotentlər əsasında maliyyə dələduzluqlarından qorunmasına hədəflənəcək. Bu cür dələduzluqlar dedikdə hakerlərin, istifadəçilərin müəyyən məbləğdə ödənişi etməyə razı olmadıqları halda onların intim fotolarını yaymaları hallarından gedir. Rəsmi statistikaya əsasən bu cür dələduzluqların qurbanları qismində 14 yaşından 17 yaşına kimi olan kişi cinsi istifadəçilər çıxış edirlər. FBI bildirib ki, seksual kontentlər əsasında maliyyə dələduzluqlarının qurbanı olmuş kişilər arasında sui-qəsd hallarının sayı qorxunc dərəcədə yüksəkdir.
Meta bildirib ki, seksual mövzuda dələduzluqla məşğul olan istifadəçilərin təyini üçün nəzərdə tutulmuş texnologiya yaxın zamanda Instagram-da işə düşəcək. Instagram-ın mesajlar bölməsinə inteqrasiya ediləcək bu funksiya 18 yaşından aşağı istifadəçilərin göndərmiş və ya qəbul etmiş olduqları intim fotoları avtomatik şəkildə bulanıq hala salacaq. Bu öz növbəsində göndərilmiş intim fotoların istifadəçi tərəfindən ləğv edilməsi və qəbul edilmiş intim fotoya baxıb-baxmama seçiminin edilməsi imkanlarını verir. Bu yeni funksiya Instagram-ın azyaşlı istifadəçiləri üçün standart şəkildə aktiv olacaq. Lakin onu daha yuxarı yaş kateqoriyasına daxil olan istifadəçilər arasında da aktivləşdirmək məsləhət görülür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Instagram reklam biznesində YouTube-dan daha çox gəlir əldə edir
Instagram reklam biznesində YouTube-dan daha çox gəlir əldə edir
Meta şirkəti ABŞ Federal Ticarət Komissiyasının (FTC) şirkətə qarşı olan antimonopoliya məhkəmə iddiasının ləğv edilməsi istiqamətində bu həftə federal məhkəməyə xahiş sorğusu göndərib.
Facebook-un mobil versiyasında yeni video player istifadəyə veriləcək
Facebook-un mobil versiyasında yeni video player istifadəyə veriləcək
Meta şirkəti Facebook-un mobil versiyası üçün yeni video player-i anons edib.
Netflix-ə Facebook Messenger istifadəçilərinin mesajlarını oxumaq imkanı verilibmiş
Netflix-ə Facebook Messenger istifadəçilərinin mesajlarını oxumaq imkanı verilibmiş
Facebook istifadəçilərin konfidensiallıqlarının pozulması ilə bağlı yeni qalmaqalın mərkəzinə düşüb.
Birinci nəsil Oculus Quest-in dəstəyi yaxın zamanda dayandırılacaq
Birinci nəsil Oculus Quest-in dəstəyi yaxın zamanda dayandırılacaq
Meta şirkəti birinci nəsil Oculus Quest VR cihazının yaxın zamanda dəstəyinin dayandırılacağını elan edib.
Instagram yaxın zamanda Blend adlı yeni funksiyanı işə salacaq
Instagram yaxın zamanda Blend adlı yeni funksiyanı işə salacaq
İnsayderlərin sözlərinə əsasən Instagram yaxın zamanda Blend adlı yeni funksiyasını anons edəcək.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ