main-post-cover

    Instagram Reels videoları üçün ayrıca tətbiq hazırlaya bilər

    Sosial Media
    27.02.2025
    Emil Nəcəfov
         Meta, qısa videolar üçün ayrıca bir tətbiqi istifadəyə verməyi nəzərdən keçirir. Məlumata görə, bu layihə "Project Ray" kod adı ilə hazırlanır və ABŞ-da yeni və mövcud istifadəçilər üçün tövsiyə sistemini təkmilləşdirmək, həmçinin 3 dəqiqəlik videoların sayını artırmaq məqsədi daşıyır. The Information-ın mənbəsinə görə, Instagram rəhbəri Adam Mosseri bu layihə haqqında əməkdaşlarla danışıb. Meta bu məsələ ilə bağlı rəsmi şərh verməyib.
         Ötən ay şirkət TikTok-un ana şirkəti ByteDance-ə məxsus CapCut ilə rəqabət aparmaq üçün Edits adlı video redaktə tətbiqini elan etmişdi. Bu addım, TikTok və ByteDance-in ABŞ-dakı qeyri-müəyyən gələcəyindən faydalanmaq məqsədi daşıyır. Hal-hazırda Instagram-ın ana səhifəsində fotolar, videolar (Reels) və Stories qarışıq şəkildə təqdim olunur. Lakin bir çox istifadəçi hesab edir ki, tətbiq həddindən artıq yüklənib və artıq əsas funksiyasından - foto paylaşım platforması olmaqdan uzaqlaşıb. Əgər şirkət Reels-i ayrıca qısa video tətbiqi kimi təqdim etsə, bu, Instagram-ın digər funksiyalarını daha çox ön plana çıxarmaq üçün bir imkan yarada bilər.
    Mənbə: Techcrunch
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Instagram-da mesajların planlaşdırılması və digər yeni funksiyalar istifadəyə verilib
    instagram-da-mesajlarin-planlasdirilmasi-ve-diger-yeni-funksiyalar-istifadeye-verilib
    Instagram-dakı şərhlərdə bəyənməmə düyməsi test edilir
    instagram-daki-serhlerde-beyenmeme-duymesi-test-edilir
    Instagram, CapCut-ın Edits adlı rəqibini anons edib
    instagram-capcut-in-edits-adli-reqibini-anons-edib
    Mark Zuckerberg demokratları Meta şirkətinə təzyiqdə günahlandırıb (VİDEO)
    mark-zuckerberg-demokratlari-meta-sirketine-tezyiqde-gunahlandirib-video
    TikTok planetimizin atmosferini ən çox çirkləndirən sosial şəbəkədir
    tiktok-planetimizin-atmosferini-en-cox-cirklendiren-sosial-sebekedir