
Instagram-da mesajların planlaşdırılması və digər yeni funksiyalar istifadəyə verilib
Sosial Media
20.02.2025
Emil Nəcəfov
Instagram şəxsi mesajların planlaşdırılması, çatda 3 vacib mesajın çatın yuxarı hissəsində bərkidilməsi, tərcüməçi və bəyənilən musiqini paylaşmaq imkanı kimi yeni funksiyaları istifadəyə verib. The Verge-in məlumatına görə, əsas yeniliklərdən biri mesajların planlaşdırılması funksiyasıdır. İstifadəçilər öncədən mesaj yazıb, onu 29 günə qədər müəyyən bir tarixə təyin edərək göndərə biləcəklər. Meta nümayəndələri bildiriblər ki, bu dəyişikliklər fərqli saat qurşaqlarında olan insanlarla ünsiyyəti asanlaşdırmaq və aktiv qrup söhbətlərində vacib mesajları qoruyub saxlamaq məqsədi daşıyır.

“Bu yeniləmələr mesaj axınında vacib yazışmaların, məsələn, memlərin itməsinin qarşısını almağa kömək edəcək” - deyə şirkət bildirib. Digər yeniliklər arasında QR-kod vasitəsilə dostları qrup söhbətlərinə dəvət etmək və mesajların müxtəlif dillərə tərcümə edilməsi funksiyası da var. Tərcümə 99 dili əhatə edir və nəticə birbaşa çatda göstərilir, sanki mesaj ilk dəfə həmin dildə göndərilib. Instagram-a əlavə edilən maraqlı funksiyalardan biri də musiqi paylaşma imkanıdır.
İstifadəçilər dostları ilə eyni mahnını eyni anda dinləyə və ya musiqi treklərini istədikləri zaman qulaq asmaq üçün göndərə biləcəklər - bunların hamısı sosial şəbəkədən çıxmadan mümkün olacaq. Musiqi axtarışı üçün stikerlər və animasiyalı GIF-lərin yerləşdiyi interfeys istifadə olunacaq. Bundan əlavə, musiqi paylaşma funksiyası Broadcast Channels-də də əlçatan olacaq. Bu, kontent yaradıcılarının öz abunəçiləri ilə əsasən birtərəfli ünsiyyət qurmasına imkan verən açıq yayım kanallarıdır.
Mənbə: The Verge
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Instagram-dakı şərhlərdə bəyənməmə düyməsi test edilir

Instagram-dakı şərhlərdə bəyənməmə düyməsi test edilir
Instagram şərhlər üçün gizli bəyənməmə düyməsini təqdim edir. Bu funksiya istifadəçilərə arzuolunmaz şərhlərə reaksiya verməyə imkan yaradacaq, lakin onların mövqeyi ictimai şəkildə görünməyəcək.
Instagram, CapCut-ın Edits adlı rəqibini anons edib

Instagram, CapCut-ın Edits adlı rəqibini anons edib
Instagram-ın rəhbəri Adam Mosseri videoların redaktəsi üçün nəzərdə tutulmuş yeni tətbiqi anons edib. İstifadəyə veriləcək yeni tətbiq Edits adlanır.
Mark Zuckerberg demokratları Meta şirkətinə təzyiqdə günahlandırıb (VİDEO)

Mark Zuckerberg demokratları Meta şirkətinə təzyiqdə günahlandırıb (VİDEO)
Donald Trump-ın ABŞ-dakı yeni prezidentlik dövrü 20 yanvar tarixindən başlayacaq. Lakin onun öz prezidentlik vəzifəsinə hələ başlamamasına baxmayaraq onun müxtəlif sahələrə təsiri artıq nəzərəçarpandır.
TikTok planetimizin atmosferini ən çox çirkləndirən sosial şəbəkədir

TikTok planetimizin atmosferini ən çox çirkləndirən sosial şəbəkədir
Greenly şirkəti TikTok istifadəçilərinin bu məşhur platformanı istifadə etmələri səbəbilə qoyduqları karbon izinin miqdarını təyin edib. Məlum olub ki, TikTok istifadəçiləri atmosferi digərlərindən daha çox çirkləndirirlər.
Instagram-da videolara süni zəka vasitəsilə müxtəlif dəyişikliklər əlavə etmək mümkün olacaq

Instagram-da videolara süni zəka vasitəsilə müxtəlif dəyişikliklər əlavə etmək mümkün olacaq
Instagram yaxın zamanda süni zəka əsaslı yeni funksiyanı istifadəyə verəcək. İsitfadəyə veriləcək funksiya Instagram daxilində videolara dəyişikliklər əlavə etməyə imkan verəcək.
Həftənin xəbərləri

