main-post-cover

    Instagram-da süni zəka avatarlarının testinə start verilib

    Sosial Media
    28.06.2024
    Emil Nəcəfov
        Meta şirkətinin CEO-su Mark Zuckerberg elan edib ki, şirkət Instagram-da süni zəka avatarlarının testlərinə start verib. Söhbət, istifadəçilərin Meta AI Studio vasitəsilə yaratdıqları süni zəka avatarlarından gedir. İlkin mərhələdə süni zəka avatarları əsasən mesajlarda əks olunacaqlar və AI işarələnməsinə sahib olacaqlar. Test çərçivəsində yaxın həftələrdə Instagram-dakı məşhur səhifələrin abunəçiləri pərəstiş etdikləri şəxslərin süni zəka avatarları ilə ünsiyyət qura biləcəklər.
         Məlumatda qeyd edilib ki, gələcəkdə istənilən istifadəçi və ya şirkət öz abunəçiləri ilə qarşılıqlı əlaqə üçün platforma üzərindən süni zəka avatarlarını yarada biləcək. Bu yeni funksiya hər hansısa məşhur şəxsin heç bir pərəstişkarını cavabsız qoymayacaq. Həmin şəxslər sadəcə olaraq fiziki cəhətdən çoxlu sayda mesajlara cavab verə bilməzlər. Məhz bu anda süni zəka avatarları onların yardımçıları olacaqlar. Zuckerberg-in fikrincə bu cür avatarlar müəyyən müddətdən sonra daha da təkmilləşdirilmiş ola bilərlər. Məlumata əsasən Instagram-da süni zəka avatarlarının ilkin test mərhələsində kontent yaradılması ilə məşğul olan 50 nəfər şəxs iştirak edəcək. Növbəti aylar ərzində isə Meta şirkəti bu funksiyanı daha çox insan üçün aktiv edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Instagram yeni canlı yayım funksiyasını işə salıb!
    instagram-yeni-canli-yayim-funksiyasini-ise-salib
    TikTok, Instagram rəqibi tətbiqini səssizcə təqdim edib!
    tiktok-instagram-reqibi-tetbiqini-sessizce-teqdim-edib
    Instagram-da buraxılması qeyri-mümkün reklam elanları test edilir
    instagram-da-buraxilmasi-qeyri-mumkun-reklam-elanlari-test-edilir
    Instagram-a "keçilməz" reklamlar gəlir!
    instagram-a-kecilmez-reklamlar-gelir
    Elon Musk-ın "WhatsApp təhlükəsiz deyil" iddiasına cavab gəlib!
    elon-musk-in-whatsapp-tehlukesiz-deyil-iddiasina-cavab-gelib