
Instagram-da paylaşımların repost funksiyası yenidən test edilir
Sosial Media
17.06.2025
Emil Nəcəfov
Instagram istifadəçilərə paylaşımları repost etmək imkanı verməyə başlayıb. Bu barədə TechCrunch platformanın sahibi olan Meta şirkətindən təsdiq aldıqdan sonra məlumat yayıb. Qeyd olunur ki, bu funksiyanın hazırlanması barədə ilk insayder məlumatları hələ 2022-ci ildə ortaya çıxmışdı. Bəzi istifadəçilər artıq bu funksiyanın öz hesablarında göründüyünü bildiriblər. Onlardan biri qeyd edib ki, yeni xüsusiyyət sayəsində təkcə başqalarının paylaşımlarını deyil, öz paylaşımlarını da yenidən paylaşmaq mümkündür. TechCrunch hesab edir ki, bu yenilik bəzilərinin ürəyincə olmaya bilər, çünki Instagram artıq kifayət qədər yüklənmiş platformadır - burada postlar, Stories-lər, Reels videoları, qeydlər, şəxsi mesajlar, reklamlar və daha bir çox kontent növü mövcuddur.

Digər tərəfdən, bəzi istifadəçilər bu funksiyanı müsbət qarşılayacaqlar, çünki bu imkan onlara maraqlı kontenti daha geniş auditoriyaya çatdırmaq və digər platformalarda olduğu kimi yaymaq imkanı verəcək. Hazırda Instagram istifadəçiləri başqasının paylaşımını yalnız hekayələrində bölüşə bilirlər. Yeni repost funksiyası isə həmin paylaşımların birbaşa lentdə yenidən paylaşılmasına imkan verəcək. Bununla yanaşı, istifadəçilər artıq kontenti təkrar paylaşmaq üçün fərqli yollar axtarmağa və üçüncü tərəf tətbiqlərindən istifadə etməyə məcbur qalmayacaqlar.
Kontent müəllifləri üçün bu funksiya auditoriya əhatəsini artırmaq baxımından faydalı ola bilər. Üstəlik, Instagram artıq orijinal müəlliflərə istinad edilmədən təkrar paylaşılan mem və fotoşəkillərlə doludur. TechCrunch-un fikrincə, bu funksiyanın əlavə olunması kontent müəlliflərinin hüquqlarının tanınmasına və yayılan materialda onların müəllifliyinin təsdiqinə kömək edə bilər. TechCrunch hesab edir ki, Instagram üçün repost funksiyasını tətbiq etmək məntiqlidir, xüsusən də bu format artıq Threads, TikTok kimi digər sosial şəbəkələr tərəfindən qəbul edildiyi halda. Qeyd olunur ki, Twitter (indiki X) platformasında buna bənzər retweet funksiyası hələ 2009-cu ildə istifadəyə verilmişdi.
Mənbə: Techcrunch
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bu ilin sonuna kimi Instagram-ın iPad-lər üçün versiyası təqdim oluna bilər

Bu ilin sonuna kimi Instagram-ın iPad-lər üçün versiyası təqdim oluna bilər
Keçən həftə Meta şirkəti, iPad istifadəçilərinin çoxdankı arzusunu reallaşdıraraq Apple planşetlərinin böyük ekranlarına uyğunlaşdırılmış xüsusi WhatsApp tətbiqini təqdim etdi. Şirkət bununla kifayətlənməyəcək və iPad planşetləri üçün daha bir məşhur tətbiqi optimallaşdıracaq.
Instagram-da yeniyetmələrin hesabları süni zəka vasitəsilə təyin ediləcək

Instagram-da yeniyetmələrin hesabları süni zəka vasitəsilə təyin ediləcək
Meta Instagram-da yeniyetmələrin hesablarını süni zəka vasitəsilə daha sərt şəkildə nəzarətdə saxlayacaq. Məlumata əsasən bəzi hallarda sosial şəbəkə yetkinlik yaşına çatmamış istifadəçiləri müəyyən etmək üçün avtomatik olaraq hesab ayarlarını dəyişəcək - əgər istifadəçinin yaşını olduğundan böyük göstərdiyindən şübhələnərsə.
Instagram-da fərdiləşdirilmiş Reels lenti funksiyası istifadəyə verilib

Instagram-da fərdiləşdirilmiş Reels lenti funksiyası istifadəyə verilib
Instagram Blend adlı yeni funksiyanın istifadəyə verildiyini elan edib. Bu funksiya sizə və dostlarınıza özəl, fərdiləşdirilmiş Reels lentini yaratmağa imkan verir.
Meta iMessage-in Instagram və Facebook Messenger-dən məşhur olduğunu düşünür

Meta iMessage-in Instagram və Facebook Messenger-dən məşhur olduğunu düşünür
Meta artıq bir neçə ildir ki, antiinhisar iddiası ilə üzləşir və 2021-ci ilin iyun ayında Federal Məhkəmə Hakimi işi rədd etsə də, ABŞ Federal Ticarət Komissiyası (FTC) 2022-ci ildə daha təkmilləşdirilmiş bir şikayət təqdim etmişdi.
Mark Zuckerberg, Instagram-ın ayrıca şirkətə çevriləcəyini istisna etmir

Mark Zuckerberg, Instagram-ın ayrıca şirkətə çevriləcəyini istisna etmir
Mark Zuckerberg, Instagram-ın müstəqil bir şirkətə çevrilməsini istisna etmir. O bu ideyanı ABŞ Federal Ticarət Komissiyası (FTC) Instagram və WhatsApp-ın alınması ilə bağlı antiinhisar araşdırmasına başlamazdan 1 il əvvəl təklif etmişdi.
Həftənin xəbərləri

