main-post-cover

    Instagram-da fərdiləşdirilmiş Reels lenti funksiyası istifadəyə verilib

    Sosial Media
    17.04.2025
    Emil Nəcəfov
         Instagram Blend adlı yeni funksiyanın istifadəyə verildiyini elan edib. Bu funksiya sizə və dostlarınıza özəl, fərdiləşdirilmiş Reels lentini yaratmağa imkan verir. Blend yalnız dəvətlə aktivləşdirilə bilər və onu ya bir dostla, ya da qrup çatında yaratmaq mümkündür. Fərdi lentlər hər gün yeni məzmunla yenilənir. Siz Blend dəvətini qəbul etdikdən və ya bir qrupa qoşulduqdan sonra çatdakı hər bir şəxs üçün seçilmiş Reels videolarına baxa biləcəksiniz. Qrupdakı biri hər hansı bir Reels-ə reaksiya verdikdə, Instagram sizə bildiriş göndərəcək ki, bu mövzuda DM çatında söhbəti davam etdirə biləsiniz.
         Bu funksiyanın arxasındakı əsas fikir dostlarınızın hansı Reels videolarına maraq göstərdiyini kəşf etmək, eyni zamanda onlarla birgə yeni məzmunlar taparaq əlaqəni gücləndirməkdir. Blend funksiyası Instagram-a yeni sosial element gətirməyi hədəfləyir və son illərdə influnserlər və reklamların artması fonunda kölgədə qalan “dostlarla an paylaşmaq” prinsiplərinə geri dönüşü təşviq edir. Blend-in istifadəyə verilməsi ilə Instagram istifadəçilərə TikTok-da olmayan bir funksiyaya çıxış imkanı yaradır - bu da Instagram-ın əsas rəqiblərindən biridir.
         Instagram üçün Blend həm Reels bölməsində yeni məzmunların kəşfini artırmaq, həm də izlənmə müddətini yüksəltmək üçün bir vasitə ola bilər, çünki bu funksiya istifadəçiləri qısa formatlı videoları birlikdə izləməyə təşviq edir. Blend yaratmaq üçün bir nəfərlə və ya qrupla olan DM çatını açmalı və çatın yuxarısında yerləşən yeni Blend ikonuna toxunmalısınız. Daha sonra “Dəvət et” seçimini seçərək DM çatındakı insanları Blend-ə qoşulmağa dəvət etməlisiniz. Ən azı bir nəfər dəvətinizi qəbul etdikdə Blend yaradılacaq. Yaratdığınız Blend-ə yenidən baxmaq üçün DM çatına daxil olub Blend ikonuna toxunmaq kifayətdir.
    Mənbə: Techcrunch
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta iMessage-in Instagram və Facebook Messenger-dən məşhur olduğunu düşünür
    meta-imessage-in-instagram-ve-facebook-messenger-den-meshur-oldugunu-dusunur
    Mark Zuckerberg, Instagram-ın ayrıca şirkətə çevriləcəyini istisna etmir
    mark-zuckerberg-instagram-in-ayrica-sirkete-cevrileceyini-istisna-etmir
    Instagram və WhatsApp-ın Meta-dan ayrılmasına dair məhkəmə işində ciddi sübut təqdim edilib
    instagram-ve-whatsapp-in-meta-dan-ayrilmasina-dair-mehkeme-isinde-ciddi-subut-teqdim-edilib
    WhatsApp və Instagram-ın Meta-dan potensial ayrılmasına dair məhkəmə prosesinə start verilib
    whatsapp-ve-instagram-in-meta-dan-potensial-ayrilmasina-dair-mehkeme-prosesine-start-verilib
    Instagram-da şifrələnmiş Reels-lər test edilir
    instagram-da-sifrelenmis-reels-ler-test-edilir