main-post-cover

    Süni zəka əsaslı oyunlar: Elon Musk xAI Gaming-i təsis edib

    Süni İntellekt
    22.05.2025
    Emil Nəcəfov
         Son xəbərlərə əsasən, Elon Musk-ın siyasi karyerası başa çatmaq üzrədir və görünür ki, məşhur milyarderin yeni layihələrə daha çox vaxt ayırmaq imkanı yaranacaq. Daha əvvəl xəbər verdiyimiz kimi, Musk-ın yeni ideyalarından biri süni zəka vasitəsilə innovativ və super əyləncəli videooyunlar yaradan studiyasını açmaqdır. Musk artıq xAI Gaming adlı yeni oyun platformasını təqdim edib. Görünən odur ki, bu platforma oyunları birbaşa X sosial şəbəkəsində işə salmağa imkan verəcək və süni zəka real vaxt rejimində oyun prosesini istifadəçinin şəxsi üslubu və seçimlərinə uyğunlaşdıracaq.
         "xAI Gaming platforması X üzərində oyunlara inqilabi yanaşmanı təqdim edir. Bu sistem inkişaf etmiş süni intellekti həyəcanverici oyun prosesi ilə birləşdirir və hər bir oyunçunun unikal üslubuna və üstünlüklərinə uyğunlaşan bir təcrübə yaradır. Ənənəvi oyunlardan fərqli olaraq, xAI Gaming qabaqcıl süni zəkadan istifadə edərək tapşırıqları, hekayələri və mühitləri real vaxt rejimində dinamik şəkildə dəyişdirir, bu da oyunçunun hər qərarı ilə inkişaf edən fərdiləşdirilmiş macəraları təmin edir". Oyunçular həm rəqabət apara, həm də birlikdə oynaya biləcəklər, bu da xAI Gaming-i sosial və interaktiv bir platformaya çevirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sam Altman, OpenAI tərəfindən hazırlanan süni zəka əsaslı cihaz barəsində məlumat verib
    sam-altman-openai-terefinden-hazirlanan-suni-zeka-esasli-cihaz-baresinde-melumat-verib
    Elon Musk: "Süni zəka sahəsinin növbəti problemi elektrik enerjisinin çatışmazlığı olacaq"
    elon-musk-suni-zeka-sahesinin-novbeti-problemi-elektrik-enerjisinin-catismazligi-olacaq
    Google səsli video tərtibatı üzrə Veo 3 süni zəka modelini təqdim edib (VİDEO)
    google-sesli-video-tertibati-uzre-veo-3-suni-zeka-modelini-teqdim-edib-video
    Generativ süni zəka istehsal sahəsində insanların 80%-ni əvəz edə bilər
    generativ-suni-zeka-istehsal-sahesinde-insanlarin-80-ni-evez-ede-biler
    Səudiyyə Ərəbistanında pasientləri süni zəkanın müalicə etdiyi klinika istifadəyə verilib
    seudiyye-erebistaninda-pasientleri-suni-zekanin-mualice-etdiyi-klinika-istifadeye-verilib