
Donald Trump, TikTok-un ABŞ-da qadağasının təxirə salınma müddətini uzada bilər
Sosial Media
14.02.2025
Emil Nəcəfov
TikTok-un ABŞ-da 19 yanvar tarixində qısa müddətlik qadağan edilməsi ilə bağlı hadisələr geniş şəkildə mətbuatda işıqlandırıldı. Ertəsi gün ABŞ prezidenti vəzifəsinə başlamış Donald Trump qadağanın qüvvəyə minməsini 75 gün, yəni 5 aprel tarixinə qədər təxirə saldı. Son günlərdə isə o, lazım gələrsə, bu müddətin yenidən uzadıla biləcəyini bildirib. Xatırladaq ki, hələ Joe Bayden-in prezidentliyi dövründə qəbul edilmiş ABŞ qanununa əsasən, Çin şirkəti ByteDance TikTok-la bağlı ABŞ-dakı biznesini ayırmalı və bütün yerli strukturu ABŞ şirkətinin və ya investor konsorsiumunun nəzarətinə verməlidir.

Bu prosesin həyata keçirilməsi üçün ilkin müddət 19 yanvar olaraq müəyyən edilmişdi. Həmin gün TikTok ABŞ istifadəçiləri üçün bir neçə saat əlçatmaz oldu, lakin sonradan normal fəaliyyətini bərpa etdi. Bununla belə, yerli istifadəçilər dünən axşam saatlarına qədər tətbiqi yenidən yükləyə bilmirdilər. Donald Trump ikinci prezidentlik müddətinin ilk saatlarında TikTok-a 75 günlük möhlət verilməsini əmr etdi. Bu müddət ərzində sosial şəbəkənin yerli infrastrukturuna Amerika sahiblərinin tapılması planlaşdırılır. South China Morning Post-un məlumatına görə, Ağ Evdə keçirilmiş sonuncu mətbuat konfransında Trump iki həftə əvvəl TikTok-un ABŞ-dakı fəaliyyətinin qadağasını 90 günə qədər təxirə salmaq hüququna malik olduğunu bildirib.

O, lazım gələrsə, bu müddətin daha da uzadıla biləcəyinə əminliyini ifadə edib. “Baxaq görək, amma düşünmürəm ki, buna ehtiyac olacaq” - deyə ABŞ prezidenti fikrini yekunlaşdırıb. Trump-ın sözlərinə görə, TikTok-un biznesini almaqla maraqlanan bir çox potensial alıcı var və o, bu sosial şəbəkəni gənc seçicilərə müraciət etmək üçün yaxşı bir vasitə kimi görür. Trump-ın fikrincə, Çin lideri Xi Jinping, TikTok-un ABŞ-dakı aktivlərinin satışına razılıq verəcək, çünki bu, Çinin maraqlarına uyğun olacaq. “Mən elə edəcəyəm ki, bu, Çin üçün sərfəli olsun. Düşünürəm ki, Çin üçün belə bir razılaşma bağlamaq üstünlük olacaq” - deyə Trump qeyd edib.
Mənbə: South China Morning Post
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
TikTok tətbiqi ABŞ-da Google Play və Apple App Store mağazalarına geri qayıdıb

TikTok tətbiqi ABŞ-da Google Play və Apple App Store mağazalarına geri qayıdıb
Əvvəlcə gözlənilirdi ki, Çin şirkəti ByteDance öz biznesinin satışında razılığa gələ bilmədiyi üçün TikTok sosial şəbəkəsinin ABŞ-da fəaliyyəti 19 yanvardan etibarən qadağan ediləcək.
Elon Musk, Donald Trump-a 10 milyon dollar təzminat ödəyəcək

Elon Musk, Donald Trump-a 10 milyon dollar təzminat ödəyəcək
Elon Musk, Donald Trump-a 10 milyon dollar təzminat ödəməyi qəbul edib. Bu, 2021-ci ildə Trump-ın X (keçmiş Twitter) hesabının bloklanması ilə bağlı qaldırılmış məhkəmə iddiasının həlli üçündür.
Elon Musk-ın TikTok-u almaq kimi bir fikri yoxdur

Elon Musk-ın TikTok-u almaq kimi bir fikri yoxdur
Elon Musk ABŞ hakimiyyətinin milli təhlükəsizlik səbəbləri ilə qadağan etməyə çalışdığı və Çin şirkəti ByteDance-ə məxsus olan TikTok platformasını almaqda maraqlı olmadığını bildirib.
ByteDance inanılmaz real görünən videoları yarada bilən süni zəka sistemini təqdim edib (VİDEO)

ByteDance inanılmaz real görünən videoları yarada bilən süni zəka sistemini təqdim edib (VİDEO)
TikTok platformasının sahibi olan Çin texnologiya nəhəngi ByteDance şirkəti bu gün OmniHuman-1 adlı yeni süni zəka sistemini təqdim edib. Bu sistem praktiki olaraq reallıqdan fərqlənməyən saxta videolar (deepfake) yarada bilir.
TikTok-un alınması üçün ABŞ-da suveren investisiya fondunun yaradılması tapşırılıb

TikTok-un alınması üçün ABŞ-da suveren investisiya fondunun yaradılması tapşırılıb
ABŞ prezidenti Donald Trump əsas siyasi və iqtisadi məsələləri bir qədər yoluna qoyduqdan sonra orta müddətli perspektivdə həll edilməli olan məsələlərlə məşğul olmağa başladı. Xüsusilə, seçkiqabağı vədlərindən birini yerinə yetirərək, o, ABŞ-da suveren investisiya fondunun yaradılması barədə göstəriş verib.
Həftənin xəbərləri

