main-post-cover

    Windows 11 üçün məlumatların köhnə kompüterdən yenisinə köçürülməsi tətbiqi hazırlanır

    Proqram Təminatı
    19.02.2025
    Emil Nəcəfov
         Microsoft şirkəti Migration App adlı yeni tətbiq üzərində çalışır. Bu alət köhnə kompüterdən yenisinə məlumatları asanlıqla köçürməyə imkan verəcək. İndiyə qədər Windows 11-də daxili köçürmə aləti olmadığı üçün istifadəçilər üçüncü tərəf proqramlarından istifadə etməyə məcbur idilər. Görünən odur ki, Microsoft bu boşluğu aradan qaldırmağa qərar verib. Windows 11 Insider Build 22635.4945 test versiyasında aşkar edilmiş məlumatlara əsasən, şirkət öz daxili fayl köçürmə proqramını hazırlayır. Bu yeni vasitənin əsas üstünlükləri:
    - İstifadəçilərin üçüncü tərəf alətlərdən asılılığını azaltmaq
    - Məlumatların yeni kompüterə daha rahat və sürətli köçürülməsini təmin etmək.
         Məlumata görə, bu funksiyanın ilk izləri etibarlı Windows insayderləri tərəfindən aşkarlanıb. Yeni tətbiqin interfeysi ilə bağlı bəzi mümkün detallar bölüşülüb. Lakin mənbənin qeyd etdiyinə görə, bu görüntülər dekompilyator vasitəsilə yaradılıb və son dizaynı tam əks etdirməyə bilər - onlar sadəcə ilkin konsepsiyanı göstərir. Migration App-in əsas funksiyaları:
    - İstifadəçilər məlumatlarını OneDrive bulud yaddaşında ehtiyat variant kimi saxlaya biləcəklər
    - Fayllar yeni kompüterə rahatlıqla köçürüləcək
    - Köçürmə prosesi Wi-FiNearby Sharing texnologiyalarından istifadə edəcək.
         Nearby Sharing funksiyası işləməsi üçün cihazların bir-birinə yaxın olması tələb olunur. Qoşulma üçün eyni şəbəkəyə bağlantı və birdəfəlik şifrə daxil etmək lazım olacaq. Əgər əlaqə kəsilərsə, cihazlar yenidən qoşularaq ötürməni davam etdirə biləcək. Hazırda Microsoft bu yeni tətbiqin buraxılış tarixini açıqlamayıb və rəsmi olaraq onun mövcudluğunu da təsdiqləməyib. Bununla belə, gözlənilir ki, rəsmi çıxışdan əvvəl Migration App Windows Insider proqramı iştirakçıları üçün əlçatan olacaq və daha sonra bütün istifadəçilərə təqdim ediləcək. Bu yenilik cihaz dəyişmə prosesini daha rahat və təhlükəsiz edəcək.
    Mənbə: Neowin
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Windows 11, Android və iPhone smartfonlarını Start menyusuna inteqrasiya etmək imkanını verir
    windows-11-android-ve-iphone-smartfonlarini-start-menyusuna-inteqrasiya-etmek-imkanini-verir
    Bu il Windows 10-da ofis tətbiqlərinin dəstəkləri dayandırılacaq
    bu-il-windows-10-da-ofis-tetbiqlerinin-destekleri-dayandirilacaq
    Bütün Windows 11 istifadəçiləri Paint-də iki süni zəka funksiyasını əldə ediblər
    butun-windows-11-istifadecileri-paint-de-iki-suni-zeka-funksiyasini-elde-edibler
    Bir Reddit istifadəçisi Android telefonuna Windows 11 quraşdırmağı bacarıb!
    bir-reddit-istifadecisi-android-telefonuna-windows-11-qurasdirmagi-bacarib
    Android telefonlarındakı fayllara Windows vasitəsilə simsiz şəkildə daxil olmaq mümkün olacaq!
    android-telefonlarindaki-fayllara-windows-vasitesile-simsiz-sekilde-daxil-olmaq-mumkun-olacaq