main-post-cover

    Windows 11, Android və iPhone smartfonlarını Start menyusuna inteqrasiya etmək imkanını verir

    Proqram Təminatı
    30.01.2025
    Emil Nəcəfov
         Technote.az Windows.com platformasına istinadən bildirir ki, Windows 11 əməliyyat sistemi, istifadəçilərə AndroidiPhone smartfonları arasında fayl, mesaj və digər məlumatların mübadiləsini birbaşa Start menyusunda reallaşdırmaq imkanını təklif etməyə başlayıb. Bu yenilik sayəsində istifadəçilər iPhone cihazlarını Start menyusuna inteqrasiya edərək, batareya enerjisinin səviyyəsini yoxlamaq, mesajları oxumaq, zəng etmək və ya mesaj göndərmək kimi funksiyalardan yararlana bilərlər.
         2025-ci ilin əvvəlində Windows 11-in istifadəyə verilmiş 4805 nömrəli beta versiyasından etibarən, istifadəçilər yalnız Android smartfonları deyil, həm də iPhone smartfonlarını, xüsusən də ən son iPhone 16 modellərini kompüterlərinə qoşa bilərlər. Bu funksiyadan istifadə etmək üçün uyğun beta versiyanı quraşdırmaq və Start menyusundakı müvafiq düyməyə klikləmək kifayətdir.
         iPhone qoşulduqdan sonra, istifadəçilər telefonun batareya enerjisinin səviyyəsini və siqnal gücünü görə bilərlər. Bundan əlavə, faylları birbaşa Start menyusundan, Apple-ın AirDrop funksiyasına bənzər şəkildə, Wi-Fi vasitəsilə bölüşmək mümkündür ki, bu da kompüter və smartfon arasında məlumat mübadiləsini asanlaşdırır. Bu funksiyanı istifadə etmək istəməyənlər, sistemin fərdiləşdirmə parametrlərində smartfon inteqrasiyasını deaktiv edə bilərlər.
         Funksiyanı aktivləşdirmək üçün kompüterin Bluetooth Low Energy dəstəyinə sahib olması, Microsoft hesabına bağlı olması və Phone Link tətbiqinin 1.24121.30.0 və ya daha yeni versiyasının quraşdırılması tələb olunur. Microsoft sözügedən yeni funksiyanın Windows 11-in stabil versiyasında hamı üçün nə zaman istifadəyə veriləcəyini açıqlamayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    DeepSeek, OpenAI məlumatlarının oğurlanmasında şübhəli bilinir
    deepseek-openai-melumatlarinin-ogurlanmasinda-subheli-bilinir
    Donald Trump: "Microsoft TikTok-u əldə etmək üçün danışıqlar aparır"
    donald-trump-microsoft-tiktok-u-elde-etmek-ucun-danisiqlar-aparir
    Bu il Windows 10-da ofis tətbiqlərinin dəstəkləri dayandırılacaq
    bu-il-windows-10-da-ofis-tetbiqlerinin-destekleri-dayandirilacaq
    Bill Gates həyatındakı ən böyük səhvi açıqlayıb
    bill-gates-heyatindaki-en-boyuk-sehvi-aciqlayib
    Bütün Windows 11 istifadəçiləri Paint-də iki süni zəka funksiyasını əldə ediblər
    butun-windows-11-istifadecileri-paint-de-iki-suni-zeka-funksiyasini-elde-edibler