
Təkmilləşdirilmiş Siri gələn ilin yaz fəsli üçün gözlənilir
Proqram Təminatı
13.06.2025
Emil Nəcəfov
Siri səsli köməkçisi üçün nəzərdə tutulmuş bütün süni zəka funksiyalarının həyata keçirilməsi Apple şirkəti üçün hələ də çətin və həssas mövzu olaraq qalır. Çünki bu funksiyaların tətbiqini Apple ötən ildən, iPhone 16-nın təqdimatına hazırlıq mərhələsində planlaşdırırdı. İndi isə Bloomberg-in məşhur insayderi Mark Gurman bildirib ki, Siri-nin təkmilləşdirilmiş versiyasının istifadəyə verilməsi 2026-cı ilin yaz aylarına planlaşdırılıb. O zaman iOS 26.4 yeniləməsi təqdim olunacaq. Ənənəvi olaraq Apple-də əməliyyat sistemi yeniləmələrinin dördüncü versiyası mart ayında təqdim olunurdu. Lakin iOS 26.4 ilə bağlı bu zaman aralığının hələ dəqiqləşmədiyi vurğulanır. Apple rəsmi olaraq yalnız o qədərini bildirir ki, Siri-nin yenilənməsi gələn ilə planlaşdırılıb.

Əgər yeni funksiyaların inkişafı uğurla davam edərsə, onların ilkin təqdimatı bu ilin payızında yeni iPhone seriyası təqdim edilərkən baş tuta bilər. Siri ilk dəfə 2011-ci ildə təqdim olunub və keçən ilin iyun ayında onun süni zəka funksiyalarının əlavə olunması ilə tarixindəki ən böyük təkmilləşdirməni yaşaması planlaşdırılmışdı. Lakin bu planın həyata keçirilməsində Apple çətinliklərlə üzləşdi və bu, müəyyən mənada şirkətin nüfuzuna zərbə vurdu. Bloomberg-in açıqlamasına görə, Apple-də marketinq şöbəsinin əməkdaşları ilə proqram təminatı üzrə tərtibatçılar bu uğursuzluğa görə məsuliyyəti bir-birinin üzərinə atırlar. Hazırda Apple həmçinin App Intents adlı bir sistem üzərində işləyir. Bu sistem Siri-nin tətbiqlərlə daha dərin inteqrasiyasını və onların daxilindəki əməliyyatlara nəzarəti təmin etməyə imkan verir.

Apple-in süni zəka sahəsində OpenAI kimi tərəfdaşlarının həllərindən nə dərəcədə asılı olduğu məsələsi də şirkət daxilində fəal şəkildə müzakirə olunur. Hətta bu sahədə fəaliyyət göstərən startapların alınması ilə bağlı təkliflər də səslənir. Əvvəlcə Apple planlaşdırırdı ki, Siri-yə aid süni zəka funksiyalarını 2024-cü ilin payızında təqdim edəcək. Daha sonra bu tarix 2025-ci ilin yazına - iOS 18.4 versiyasının çıxışına qədər təxirə salındı. Lakin proses tədricən iOS 18.5 versiyasına qədər uzandı və hətta bu halda belə planlar tam şəkildə reallaşmadı. Bu ilin mart ayına qədər artıq məlum oldu ki, Siri-nin bu funksiyalarının tətbiqini qeyri-müəyyən vaxta qədər təxirə salmaq lazım olacaq. Çünki mövcud vəziyyətdə bu funksiyalar sabit işləmirdi.

Əslində, Bloomberg-in qeyd etdiyinə görə, iOS 18 üçün nəzərdə tutulmuş variantda bu funksiyalar Siri-nin hibrid nüvəsi vasitəsilə həyata keçirilirdi və bu nüvənin yalnız yarısı yeni platformaya əsaslanırdı. Yeni platformanı köhnə sistemlə səhvlər yaranmadan uyğunlaşdırmaq mümkün olmadı. Buna görə də Apple qərara gəldi ki, hər şeyi tamamilə yenidən hazırlasın və bu da vaxt tələb edir. Bu gecikmə Apple şirkətinin baş vitse-prezidenti John Giannandrea üçün şirkət daxilində nüfuz itkisiylə nəticələndi, baxmayaraq ki, onun işdən çıxarılması gündəmdə olmadı. Apple-ın proqram təminatı üzrə rəhbəri Craig Federighi isə bu yaxınlarda keçirilmiş WWDC 2025 konfransında Siri-nin təkmilləşdirilməsi mövzusuna yalnız bir dəfə toxundu və bu da şirkətin planlarındakı gecikmə ilə bağlı idi.

Bloomberg-in məlumatına görə, Siri-nin təkmilləşdirilməsindəki gecikmə Apple-ı istifadəçinin səsli əmrlərinə əsaslanan ağıllı ev infrastrukturu üçün nəzərdə tutulmuş cihazın təqdimatını da təxirə salmağa məcbur edib. Əgər şirkət əvvəllər bu cihazı mart ayında təqdim etməyi planlaşdırırdısa, indi bu tarix qeyri-müəyyən vaxta qədər uzadılıb. Siri-nin təkmilləşdirilməsi ilə bağlı problemlər ağıllı eynəyin buraxılış vaxtına da təsir edəcək. Bu eynək öz daxili kameraları vasitəsilə ətraf mühiti analiz edə biləcək. Onun hazırlanmasında Apple Google və OpenAI kimi üçüncü tərəf partnyorlarının süni zəka həllərinə güvənməli olacaq. Apple eyni zamanda Siri-ni daimi aktiv rejimdə çalışan və mürəkkəb dialoqları davam etdirə bilən köməkçiyə çevirməkdə də çətinliklərlə üzləşir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
iOS 26-da uşaqlar valideynlərin icazəsi olmadan kənar şəxslərlə ünsiyyət qura bilməyəcəklər

iOS 26-da uşaqlar valideynlərin icazəsi olmadan kənar şəxslərlə ünsiyyət qura bilməyəcəklər
Apple WWDC 2025 konfransında iOS 26, iPadOS 26, macOS 26 Tahoe, watchOS 26, visionOS 26 və tvOS 26 əməliyyat sistemlərinə daxil ediləcək yeni valideyn nəzarəti funksiyalarını elan edib.
iOS 26-nın köhnə iPhone-larda çalışmayacaq funksiyaları açıqlanıb

iOS 26-nın köhnə iPhone-larda çalışmayacaq funksiyaları açıqlanıb
Bu həftə Apple iPhone üçün bir sıra yeniliklər gətirəcək iOS 26 əməliyyat sistemini təqdim etdi. Ən diqqətçəkən dəyişiklik Liquid Glass üslubunda olan yenilənmiş dizayn olacaq və bu dizayn yeni platformanı dəstəkləyən bütün iPhone modellərində tətbiq olunacaq.
İnsanlar zamanla iOS 26-dakı Liquid Glass dizayn üslubunu dərk edəcəklər

İnsanlar zamanla iOS 26-dakı Liquid Glass dizayn üslubunu dərk edəcəklər
Liquid Glass (maye şüşə) dizayn üslubunun tətbiqi, iOS 7-nin təqdimatından bəri Apple-ın istifadəçi interfeysində həyata keçirdiyi ən böyük dizayn dəyişikliyi oldu, lakin bu dəfə dəyişikliklər daha geniş miqyaslıdır.
Apple: "Məntiq yürüdən süni zəka sistemləri yalnız "düşüncə illüziyası" sərgiləyirlər"

Apple: "Məntiq yürüdən süni zəka sistemləri yalnız "düşüncə illüziyası" sərgiləyirlər"
Apple ən yeni böyük düşünmə qabiliyyətinə malik süni zəka modelləri (LRM - Large Reasoning Models) üzrə apardığı araşdırmanın nəticələrini təqdim edib. Hesabatdan belə nəticə çıxır ki, LRM-lər orta çətinlikdə olan tapşırıqların yerinə yetirilməsində klassik böyük dil modellərini (LLM - Large Language Models) üstələsələr də, daha mürəkkəb tapşırıqlarda gözlənilən nəticələri vermirlər.
Bəzi mütəxəssislər iOS 26-nın yeni dizayn üslubunu tənqid ediblər

Bəzi mütəxəssislər iOS 26-nın yeni dizayn üslubunu tənqid ediblər
Apple iOS 26 Liquid Glass dizayn yeniləməsi ilə artıq tərtibatçılar üçün təqdim edilib, platformanın ilk ictimai beta versiyasının isə iyul ayında çıxacağı gözlənilir.
Həftənin xəbərləri

