main-post-cover

    Elon Musk, OpenAI şirkətinə qarşı yeni məhkəmə iddiası qaldırıb

    Tech-Biznes
    16.11.2024
    Emil Nəcəfov
         Elon Musk bu ilin mart ayında OpenAI şirkətini qeyri-kommersiya missiyasını pozmasında və özünün ən güclü məhsulu olan GPT-4 adlı böyük dil modeli barəsində məlumatları açıq mənbə şəklində bölüşməməkdə günahlandıraraq şirkəti məhkəməyə vermişdi. Lakin müəyyən müddətdən sonra Musk öz məhkəmə iddiasını geri çəkmişdi. Lakin avqust ayında Musk, OpenAI şirkətini və onun CEO-su Sam Altman-ı yenidən məhkəməyə vermişdi. Qaldırılmış məhkəmə iddiasında Musk qeyd etmişdi ki, OpenAI şirkəti onun hüquqlarını və maraqlarını pozur.
         Bununla yanaşı Musk bildirmişdi ki, o, OpenAI şirkətinin təsis edilməsi zamanı aldanmaya məruz qalıb. Məlum olub ki, Musk, OpenAI şirkətinə qarşı yenilənmiş məhkəmə iddiası qaldırıb. Yenilənmiş məhkəmə iddiasında Musk, OpenAI şirkətini qeyri-kommersiya məqsədli şirkət şəklində fəaliyyət göstərmə missiyasından imtinada günahlandırıb. Öz yeni məhkəmə iddiasında o həmçinin Microsoft şirkətini, LinkedIn-in həmtəsisçisi Reid Hoffman-ı və Microsoft-un keçmiş vitse-prezidenti Dee Templeton-u günahlandırıb. Musk-ın sözlərinə əsasən OpenAI və Microsoft antimonopoliya qaydalarını pozan əməkdaşlıq müqaviləsi bağlayıblar.
         Üstəlik Musk əlavə edib ki, OpenAI şirkəti rəqiblərin aradan qaldırılması üçün Microsoft-un infrastrukturundan istifadə edir. Bu cür rəqiblərə misal olaraq isə o özünün xAI şirkətini gətirib. Qaldırılmış yeni məhkəmə iddiasında qeyd edilib ki, şirkət Microsoft-dan ədalətsiz şəkildə mənfəət əldə edir və bu da öz növbəsində xAI-ya eyni şərtlər əsasında hesablayıcı güc infrastrukturundan istifadəni çətinləşdirir. Musk bundan əlavə olaraq OpenAI şirkətinin CEO-su Sam Altman-ı da günahlandırıb. Onun fikrincə Altman, OpenAI şirkətinin digər şirkətlərlə əməkdaşlığından şəxsi mənfəət əldə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI 10 milyon dollardan baha qiymətə chat.com domenini alıb
    openai-10-milyon-dollardan-baha-qiymete-chatcom-domenini-alib
    ABŞ prezident seçkilərinin ən böyük qalibi Elon Musk-dır!
    abs-prezident-seckilerinin-en-boyuk-qalibi-elon-musk-dir
    Google və Apple şirkətlərinin məcbur edəcəkləri təqdirdə Tesla öz smartfonunu hazırlaya bilər
    google-ve-apple-sirketlerinin-mecbur-edecekleri-teqdirde-tesla-oz-smartfonunu-hazirlaya-biler
    ChatGPT-də internet üzərindən məlumatların axtarılması funksiyası istifadəyə verilib
    chatgpt-de-internet-uzerinden-melumatlarin-axtarilmasi-funksiyasi-istifadeye-verilib
    Elon Musk qeyri-leqal çalışmada şübhəli bilinir
    elon-musk-qeyri-leqal-calismada-subheli-bilinir