One UI 7, iPhone-nun kilid ekranı xüsusiyyətlərini, Samsung telefonlarına gətirir!
Proqram Təminatı
25.07.2024
Farid Pardashunas
Samsung-un tezliklə beta versiyasını təqdim edəcəyi One UI 7 haqqında məlumatlar sızdırılmağa davam edir. Yeni məlumatlara görə, Android 15-ə əsaslanan yeni One UI versiyası, iPhone-nun kilid ekranı xüsusiyyətlərini əldə edəcək.
Apple, iPhone 14 Pro seriyası ilə Dynamic Island və Live Events adlı xüsusiyyətlərini təqdim etmişdi. Hər iki xüsusiyyət, istifadəçilərə vacib bildirişlərdən xəbərdar olmaq və müəyyən proqramlara tez daxil olmaq üçün iPhone ekranındakı adadan ağıllı şəkildə istifadə etməyə imkan verir. Live Events, həmçinin kilid ekranında işləyir və yemək, səyahət, idman tədbirləri və s. üçün real vaxt yeniləmələrini təmin edir. iPhone 14-ün istifadəyə verilməsindən bəri bir çox Çinli Android telefon istehsalçıları, Dynamic Island və Live Events-i sözün əsl mənasında kopyalayıblar. Deyəsən, Samsung da eyni prinsipi Android 15-ə əsaslanan One UI 7 versiyasında etməyi planlaşdırır.
Ən son hesabatlara görə, iPhone-un Dynamic Island və Live Events funksiyasının Samsung-un One UI 7.0 versiyasında olacağı bildirilir. Bununla belə, Samsung-un bu funksiyaları necə adlandıracağı və daha da əhəmiyyətlisi, onları təkmilləşdirib-təkmilləşdirməyəcəyi, başqa yollarla faydalı edib-etməyəcəyi bəlli deyil. iOS xüsusiyyətlərini görəcəyimiz yeni One UI versiyasının ictimai beta versiyası iyulun sonu və avqustun əvvəlində buraxılmağa başlayacaq. Bu prosesdə qeyri-rəsmi olaraq One UI 7 ilə gələn yeni xüsusiyyətləri görməyə davam edəcəyik.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung OneUI 7.0-da olacaq yenilənmiş Camera tətbiqinin interfeys fotoları təqdim edilib
Samsung OneUI 7.0-da olacaq yenilənmiş Camera tətbiqinin interfeys fotoları təqdim edilib
Samsung-un bu il ərzində istifadəyə verəcəyi OneUI 7.0 istifadəçi interfeysi barəsində məlumatlar ortaya çıxmağa davam edir.
Təqdimata hazırlaşan Samsung Galaxy M55s smartfonu Geekbench testlərindən keçib
Təqdimata hazırlaşan Samsung Galaxy M55s smartfonu Geekbench testlərindən keçib
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy M seriyasının yeni modelini təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy M55s smartfonundan gedir.
Yeni Samsung telefonları, defolt olaraq APK quraşdırılmasını bloklayır!
Yeni Samsung telefonları, defolt olaraq APK quraşdırılmasını bloklayır!
Samsung-un yeni telefonları Galaxy Z Flip 6 və Z Fold 6, One UI 6.1.1 ilə gəlir. Yeni One UI versiyası ilə Auto Blocker funksiyası indi APK quraşdırmalarını da bloklayır.
Samsung süni zəkaya istiqamətlənmiş smartfonlar üzərində çalışır
Samsung süni zəkaya istiqamətlənmiş smartfonlar üzərində çalışır
Samsung şirkəti süni zəkaya istiqamətlənmiş yeni smartfonlar üzərində çalışır və həmin smartfonlar şirkətin hal-hazırda aktual olan məhsullarından fərqlənə bilərlər.
OLED texnologiyasını Samsung-dan Çinə sızdıran mühəndis, həbs edilib!
OLED texnologiyasını Samsung-dan Çinə sızdıran mühəndis, həbs edilib!
Samsung-da işləyərkən kritik OLED texnologiyalarını icazəsiz əldə edərək Çinə satdığı aşkarlanan mühəndis, məhkəmə tərəfindən həbs cəzasına məhkum edilib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!