main-post-cover

    OLED texnologiyasını Samsung-dan Çinə sızdıran mühəndis, həbs edilib!

    Digər
    23.07.2024
    Farid Pardashunas

         Samsung-da işləyərkən kritik OLED texnologiyalarını icazəsiz əldə edərək Çinə satdığı aşkarlanan mühəndis, məhkəmə tərəfindən həbs cəzasına məhkum edilib. 

         OLED displey, texnologiya sektorunda mühüm rəqabət sahəsinə çevrilib. Təbii ki, texnologiya transferi və ya texnologiya oğurluğu da bu sahədə əhəmiyyətli üstünlüklər verə bilər. Çin, bu mövzuda yazılı qaydalara əməl etmək istəmir. Samsung-da işləyərkən 2018-2020-ci illər arasında OLED texnologiyalarını gizli şəkildə Çin şirkətlərinə satdığı aşkarlanan mühəndis, həbsə məhkum edilib. Samsung-dan ayrıldıqdan sonra öz ekran şirkətini quran mühəndisin bu şirkət vasitəsilə Çinə 24.5 milyon dollarlıq texnologiya ötürdüyü bildirilir.
    Samsung Display Commercializes New, Variable Refresh Rate Technology for  Increasing Smartphone Power Savings | Business Wire
         Mühəndis, ötən ilin oktyabrından bu yana həbsdə idi. Məhkəmə bəyan edib ki, dövlət sirrinin oğurlanmasına görə, uzun müddətli həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə həmin şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, həmin şəxsə kömək etdiyi aşkarlanan 5 Samsung işçisi də müxtəlif həbs cəzalarına məhkum edilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Simpsonlar, bir daha ABŞ-dakı tarixi bir hadisəni öncədən proqnozlaşdırıblar!
    simpsonlar-bir-daha-abs-daki-tarixi-bir-hadiseni-onceden-proqnozlasdiriblar
    Samsung bu ilin üçüncü Galaxy Unpacked təqdimat tədbirini keçirəcək
    samsung-bu-ilin-ucuncu-galaxy-unpacked-teqdimat-tedbirini-kecirecek
    Samsung OneUI 7.0 istifadəçi interfeysinin beta testinə nə zaman start veriləcək?
    samsung-oneui-70-istifadeci-interfeysinin-beta-testine-ne-zaman-start-verilecek
    Samsung Galaxy Tab S10 Ultra planşeti Geekbench testlərindən keçib
    samsung-galaxy-tab-s10-ultra-planseti-geekbench-testlerinden-kecib
    Samsung şirkəti LG Wing tərzində qatlana bilən smartfonu patentləşdirib
    samsung-sirketi-lg-wing-terzinde-qatlana-bilen-smartfonu-patentlesdirib