main-post-cover

    Meta AI özəl məlumatlar əsasında daha fərdiləşdirilmiş köməkçiyə çevrilir

    Proqram Təminatı
    28.01.2025
    Emil Nəcəfov
         Technote.az Meta şirkətinə istinadən bildirir ki, o özünün süni zəka köməkçisi olan Meta AI-nin daha ağıllı və fərdiləşdirilmiş olması üçün yeni xüsusiyyətlər təqdim edir. Bu yeniliklər, istifadəçilərə daha faydalı və əlaqəli məlumatlar təqdim etməyi hədəfləyir. Ötən ilin sonunda Meta, WhatsApp Messenger-də Meta AI ilə 1:1 söhbətlərdə istifadəçilərin paylaşdıqları müəyyən məlumatları yadda saxlamağa imkan verən yeni bir xüsusiyyəti tədricən istifadəyə verdi. Bu xüsusiyyət, gələcək cavabların daha fərdiləşdirilmiş və istifadəçi üçün daha faydalı olmasına kömək edir. Məsələn, əgər siz Meta AI-yə səyahət etməyi və yeni dillər öyrənməyi sevdiyinizi söyləsəniz, o, bu məlumatları yadda saxlayaraq gələcəkdə sizə uyğun tövsiyələr verə bilər.
         Eyni zamanda, əgər səhər yeməyi üçün reseptlər axtararkən Meta AI sizə omlet və ya frittata təklif edərsə və siz ona vegan olduğunuzu bildirərsinizsə, o, bu məlumatı yadda saxlayaraq gələcəkdə uyğun reseptlər təklif edəcək. Bu xüsusiyyət hazırda ABŞ və Kanadada iOS Android platformalarında Facebook, Messenger və WhatsApp üçün istifadəyə verilir. Meta AI yalnız 1:1 söhbətlərdə (qrup söhbətlərində deyil) sizə söylədiyiniz müəyyən məlumatları yadda saxlayır və istənilən vaxt bu yaddaşları silə bilərsiniz. Meta, həmçinin Facebook, Messenger və Instagram-da Meta AI üçün daha yüksək səviyyədə fərdiləşdirmə təqdim edir.
         Facebook və Instagram-da əla məzmun tövsiyələri təqdim etmək uzun müddətdir ki, süni zəka tərəfindən idarə olunur. İndi isə bu fərdiləşdirmə səviyyəsi Meta AI-yə də tətbiq olunur ki, köməkçiniz sizə daha uyğun məlumatlar təqdim edə bilsin. Məsələn, əgər siz ailənizlə bu həftə sonu nə edəcəyinizi soruşursunuzsa, Meta AI sizin Facebook profilinizdə göstərdiyiniz yaşayış yerinə, son zamanlarda izlədiyiniz canlı musiqi performanslarına və ailə üzvləriniz haqqında yadda saxladığı məlumatlara əsaslanaraq, yerli məkanlardan birincə keçiriləcək kantri musiqi şousu və yaxınlıqdakı bir brunch məkanı üçün rezervasiya təklif edə bilər. Bu özəllik hələ ki, Facebook, Messenger və Instagram-ın ABŞ və Kanadada olan istifadəçiləri üçün istifadəyə verilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta şirkəti növbəti irimiqyaslı işçi ixtisarını keçirəcək
    meta-sirketi-novbeti-irimiqyasli-isci-ixtisarini-kecirecek
    Mark Zuckerberg demokratları Meta şirkətinə təzyiqdə günahlandırıb (VİDEO)
    mark-zuckerberg-demokratlari-meta-sirketine-tezyiqde-gunahlandirib-video
    Meta da OpenAI şirkətinin kommersiya məqsədli şirkət olmaq istəməsinə qarşıdır
    meta-da-openai-sirketinin-kommersiya-meqsedli-sirket-olmaq-istemesine-qarsidir
    Threads-in gündəlik istifadəçi kütləsi 100 milyonu ötür
    threads-in-gundelik-istifadeci-kutlesi-100-milyonu-otur
    Sosial media platformaları artıq nüvə enerjisi ilə işləyəcək!
    sosial-media-platformalari-artiq-nuve-enerjisi-ile-isleyecek