main-post-cover

    Grok çat-botu smartfon kamerası ilə ətraf mühiti analiz etmə funksiyasını əldə edib

    Proqram Təminatı
    23.04.2025
    Emil Nəcəfov
         xAI şirkətinə məxsus süni zəka çat-botu Grok, artıq obyektləri tanımağı və smartfon kamerasının görmə sahəsində olanlarla bağlı suallara cavab verməyi öyrənib. Bu funksiya real vaxtda vizual qavrayış imkanlarına malik olan Google GeminiChatGPT-də artıq mövcud olan funksiyalara bənzəyir. Çərşənbə axşamı xAI şirkəti Grok Vision texnologiyasının istifadəyə verildiyini elan edib. Bu texnologiya istifadəçilərə smartfonlarının kameralarını müxtəlif obyektlərə (məsələn, məhsullara, lövhələrə və ya sənədlərə) yönəldərək onlarla bağlı suallar verməyə imkan yaradır.
    View post on X
         Hazırda Grok Vision funksiyası yalnız iOS üçün nəzərdə tutulmuş Grok tətbiqində aktivdir. Android versiyası isə hələ ki, bu funksiyanı dəstəkləmir. Bundan əlavə, Grok-a yeni funksiyalar da əlavə olunub - səsli idarəetmə ilə real vaxtda çoxdilli axtarış imkanı. Android cihazlarında Grok istifadəçiləri bu funksiyalardan yararlana bilərlər, lakin bu yalnız aylıq 30$ dəyərində olan SuperGrok abunəliyi ilə mümkündür. Grok mütəmadi olaraq yenilənir və yeni funksiyalar əldə edir. Məsələn, aprel ayının əvvəlində xAI şirkəti çat-bota “yaddaş” adlanan bir funksiya əlavə etdi. Bu funksiya süni zəkanın istifadəçi ilə əvvəlki dialoqlardakı məlumatlardan istifadə etməsinə imkan verir.
    Mənbə: Techcrunch
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk, X-i (keçmiş Twitter) özünün xAI şirkətinə satıb
    elon-musk-x-i-kecmis-twitter-ozunun-xai-sirketine-satib
    Süni zəka əsaslı Grok çat-botu Telegram-a inteqrasiya edilib
    suni-zeka-esasli-grok-cat-botu-telegram-a-inteqrasiya-edilib
    Grok videolar tərtib edə biləcək: xAI süni zəka əsasında video tərtibatı startapını alıb
    grok-videolar-tertib-ede-bilecek-xai-suni-zeka-esasinda-video-tertibati-startapini-alib
    Grok-3 səsli ünsiyyət rejimində insanlarla mübahisə və flirt edir
    grok-3-sesli-unsiyyet-rejiminde-insanlarla-mubahise-ve-flirt-edir
    Elon Musk təkmilləşdirilmiş Grok-3 süni zəka çat-botunu təqdim edib
    elon-musk-tekmillesdirilmis-grok-3-suni-zeka-cat-botunu-teqdim-edib