
Google axtarış sistemindən özəl məlumatların silinməsi prosesi sadələşdirilib
Proqram Təminatı
27.02.2025
Emil Nəcəfov
Google axtarış sistemində bir sıra dəyişikliklər etdiyini elan edib. İndi istifadəçilər istəmədikləri şəxsi məlumatları axtarış nəticələrindən daha asanlıqla silə biləcəklər. Bunun üçün axtarış nəticəsinin qarşısında yerləşən üç vertikal nöqtəli düyməyə klikləmək lazım gələcək. Bu halda xüsusi bir interfeys açılacaq. İstifadəçi üç seçimdən birini seçərək silmə tələbi göndərə biləcək:
- "Burada mənim şəxsi məlumatlarım əks olunub"
- "Mənim qanuni silmə tələbim var"
- "Məlumat köhnəlib və yenilənməsini istəyirəm".

Seçimlərin izahı:
- "Burada mənim şəxsi məlumatlarım əks olunub": Bu seçim istifadəçilərə şəxsi məlumatlarının, məsələn, telefon nömrəsi, e-poçt ünvanı, ev ünvanı, kredit kartı nömrəsi və hesab məlumatları kimi məlumatların silinməsi üçün müraciət etməyə imkan verir. İstifadəçi tələbi göndərdikdən sonra Google onu nəzərdən keçirəcək və silinib-silinməyəcəyinə qərar verəcək.
- "Mənim qanuni silmə tələbim var": Bu seçim Google-un məhsul siyasətlərini pozan məzmunun silinməsi üçün müraciət etməkdir.
- "Məlumat köhnəlib və yenilənməsini istəyirəm": Bu seçim axtarış nəticələrindəki köhnəlmiş məlumatların daha yenisi ilə əvəz olunmasını təmin edir.
Bundan əlavə, Google-un "Sizin haqqınızdakı axtarış nəticələri" adlı xüsusi bir funksiyası da var. Bu funksiya istifadəçi haqqında axtarış nəticələrində göstərilən məlumatları, o cümlədən telefon nömrəsi, ünvan və digər şəxsi informasiyanı skan edir. İstifadəçi bu məlumatların silinməsi üçün birbaşa müraciət edə bilər.
Mənbə: Google
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
YouTube, videoların ən uyğunsuz anlarında reklamlar sərgiləməyəcək

YouTube, videoların ən uyğunsuz anlarında reklamlar sərgiləməyəcək
Google-a məxsus YouTube platforması 12 may tarixindən etibarən videoların ən uyğunsuz anlarında reklam elanlarının sərgilənməsini azaldacağını elan edib.
Gmail-dəki avtorizasiya prosesində SMS kod üsulu QR kod ilə əvəzlənəcək

Gmail-dəki avtorizasiya prosesində SMS kod üsulu QR kod ilə əvəzlənəcək
SMS kodları artıq uzun müddətdir ən təhlükəsiz autentifikasiya metodu hesab olunmur, buna görə də Google onları tədricən ləğv etməyi planlaşdırır.
Google hamı üçün pulsuz şəkildə Gemini Code Assist köməkçisini istifadəyə verib

Google hamı üçün pulsuz şəkildə Gemini Code Assist köməkçisini istifadəyə verib
Keçən il Google süni zəkaya əsaslanan Gemini Code Assist adlı kod yazmaya dəstək sistemini elan etmişdi. İndi isə şirkət bu süni zəka köməkçisinin ictimai sınaq versiyasını istifadəyə verdiyini açıqlayıb.
Samsung Snapdragon prosessorlu smartfonlarında 8 illik Android dəstəyini reallaşdıra bilər

Samsung Snapdragon prosessorlu smartfonlarında 8 illik Android dəstəyini reallaşdıra bilər
Samsung Android smartfon seqmentində proqram təminatına dəstək səviyyəsini daim yüksəldir. Şirkət Android əməliyyat sistemi üçün 4 əsas yeniləmə vəd edən ilk istehsalçı olub.
Google hətta havada belə yazı yazmağa imkan verəcək stilusu patentləşdirib

Google hətta havada belə yazı yazmağa imkan verəcək stilusu patentləşdirib
Google-un yeni patent müraciəti qeyri-adi bir aksesuarı - istənilən səthdə və hətta havada yazmaq üçün nəzərdə tutulmuş stilusu təsvir edir.
Həftənin xəbərləri

