main-post-cover

    Gmail-dəki avtorizasiya prosesində SMS kod üsulu QR kod ilə əvəzlənəcək

    Proqram Təminatı
    25.02.2025
    Emil Nəcəfov
         SMS kodları artıq uzun müddətdir ən təhlükəsiz autentifikasiya metodu hesab olunmur, buna görə də Google onları tədricən ləğv etməyi planlaşdırır. Şirkət köhnəlmiş və zəif təhlükəsizlik təmin edən bu identifikasiya metodunun yerinə daha etibarlı QR kodlarını tətbiq edəcək. Hazırda Gmail-də autentifikasiya üsullarından biri SMS vasitəsilə altı rəqəmli kod göndərməkdir, lakin bu üsul bir sıra təhlükəsizlik problemləri yaradır. SMS kodları saxtalaşdırıla bilər və ya istifadəçinin yoxlama SMS-lərinin gəldiyi cihazına çıxışı olmaya bilər. Buna görə də Google daha güclü və təhlükəsiz alternativlər üzərində çalışır.
         Google yaxın aylarda SMS kodlarını QR kodlarla əvəz edəcək. İstifadəçilər nömrə daxil edib SMS kodu almaq əvəzinə, smartfonlarının kamera tətbiqi vasitəsilə QR kodu skan edərək autentifikasiyanı tamamlaya biləcəklər. Bu yanaşmanın istifadəçiləri fişinq (phishing) hücumlarından qoruyacağı gözlənilir, çünki fırıldaqçılar tez-tez qurbanları SMS-dən göndərilən təsdiq kodlarını paylaşmağa məcbur edirlər. Bununla yanaşı, digər autentifikasiya üsulları da istifadə olunmağa davam edəcək. Xüsusi autentifikasiya tətbiqləri və təhlükəsizlik açarları. Bundan əlavə, Google istifadəçilərə "Google vasitəsilə giriş" funksiyasını təklif edir. Bu funksiya şirkətin digər tətbiqlərini autentifikasiya vasitəsi kimi istifadə etməyə imkan verir.
    Mənbə: PCmag
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google hamı üçün pulsuz şəkildə Gemini Code Assist köməkçisini istifadəyə verib
    google-hami-ucun-pulsuz-sekilde-gemini-code-assist-komekcisini-istifadeye-verib
    Samsung Snapdragon prosessorlu smartfonlarında 8 illik Android dəstəyini reallaşdıra bilər
    samsung-snapdragon-prosessorlu-smartfonlarinda-8-illik-android-desteyini-reallasdira-biler
    Google hətta havada belə yazı yazmağa imkan verəcək stilusu patentləşdirib
    google-hetta-havada-bele-yazi-yazmaga-imkan-verecek-stilusu-patentlesdirib
    Google tibbi araşdırmaları sürətləndirən süni zəka sistemi yaradıb
    google-tibbi-arasdirmalari-suretlendiren-suni-zeka-sistemi-yaradib
    Google Pixel 9a-nın müxtəlif gövdə rənglərində yeni render fotoları təqdim edilib
    google-pixel-9a-nin-muxtelif-govde-renglerinde-yeni-render-fotolari-teqdim-edilib