
Galaxy A33, A53 və A73 üçün OneUI 8 son sistem yenilənməsi olacaq
Proqram Təminatı
24.06.2025
Emil Nəcəfov
Samsung Android 16 əsasında hazırlanan OneUI 8 istifadəçi interfeysini yaxın zamanda istifadəyə verəcək. Ortaya çıxmış məlumata əsasən bu yeniləmə Galaxy A33, A53 və A73 smartfon modelləri üçün son əsas sistem yeniləməsi olacaq. 2022-ci ildə Android 12 ilə satışa çıxmış bu smartfonlar üçün şirkət əvvəlcədən vəd edilən 4 illik əməliyyat sistemi dəstəyini təmin etmiş olur və Android 16 ilə bu dövr başa çatacaq. Bundan sonra bu cihazlar yalnız kiçik yeniləmələr, məsələn OneUI 8.1 kimi versiyalar və bir müddət təhlükəsizlik yeniləmələri əldə edə biləcəklər.

Samsung OneUI 8-in buraxılış tarixini hələ açıqlamayıb. Lakin şirkət təsdiqləyib ki, yeni versiya uyğun cihazlara bu yaydan etibarən yayılmağa başlayacaq. İlk olaraq onu OneUI 8 ilə əvvəlcədən təchiz olunacaq Galaxy Z Fold 7 və Z Flip 7 modelləri alacaqlar. Daha sonra yeniləmə Galaxy S25, S24, Z Fold 6 və Z Flip 6 kimi flaqman modellərə təqdim olunacaq, ardınca isə Galaxy A da daxil olmaqla orta büdcəli modellərə keçəcək. Galaxy A seriyasına aid köhnə cihazların sahibləri isə daha uzun müddət gözləməli olacaqlar. OneUI 8-in beta versiyası artıq Galaxy S25 üçün əlçatandır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S27 Ultra-da S Pen stilusundan imtina edə bilər

Samsung Galaxy S27 Ultra-da S Pen stilusundan imtina edə bilər
Samsung Galaxy S27 smartfon seriyasını 2027-ci ildə təqdim edəcək. Yəni bu smartfon seriyasının təqdimatına hələ uzun müddət var.
Samsung Exynos 2500 flaqman prosessoru təqdim olunub

Samsung Exynos 2500 flaqman prosessoru təqdim olunub
Samsung şirkəti öz yeni flaqman mobil prosessorunu təqdim edib. Söhbət, Exynos 2500-dan gedir. Bu, şirkətin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış ilk mobil prosessorudur.
Samsung Galaxy S25 FE-nin ilk render fotoları təqdim edilib

Samsung Galaxy S25 FE-nin ilk render fotoları təqdim edilib
Samsung bu il Galaxy S25 FE subflaqman smartfonunu təqdim etməlidir. OnLeaks ləqəbli məşhur insayder öz növbəsində sözügedən smartfonun ilk render fotolarını və bəzi texniki imkanlarını təqdim edib.
Samsung özünün zəlzələ bildirişi sistemini hazırlayır

Samsung özünün zəlzələ bildirişi sistemini hazırlayır
Samsung, Google-un analoqundan daha geniş imkanlar təklif edən öz zəlzələ xəbərdarlıq sistemini hazırlayır. OneUI 8-in beta versiyasında istifadəçiləri seysmik hadisələr barədə xəbərdar etmək üçün nəzərdə tutulmuş yeni funksiya aşkar edilib.
Samsung Galaxy S25 Edge-in zəif satışları şirköətin bəzi planlarını alt-üst edib

Samsung Galaxy S25 Edge-in zəif satışları şirköətin bəzi planlarını alt-üst edib
Samsung Galaxy S25 Edge smartfonu, satışların zəif başlaması fonunda, genişmiqyaslı reklam kampaniyalarına və alıcılara təqdim olunan səxavətli bonuslara baxmayaraq, tam uğursuzluğa yaxınlaşır.
Həftənin xəbərləri

