
Chrome brauzerinə süni zəka əsaslı yeni təhlükəsizlik funksiyası əlavə edilib
Proqram Təminatı
17.02.2025
Emil Nəcəfov
Google Chrome brauzerinin tərtibatçı komandası brauzerə real zaman rejimində zərərli saytlar, yükləmələr və genişlənmələrdən (extensions) qorunmaq üçün süni zəka əsaslı "Enhanced Protection" (Gücləndirilmiş Mühafizə) funksiyasını inteqrasiya edib. Bu funksiya Safe Browsing sisteminin bir hissəsidir və 3 aylıq Canary test mərhələsindən sonra Chrome-un bütün platformalardakı versiyalarında əlçatan olub. Lakin bu funksiyadan aktiv istifadə zamanı ziyarət edilən saytlarla bağlı məlumatlar Google-a ötürülür.
Əvvəllər bu funksiya "Proactive Protection" adlanırdı, lakin yeni adlandırma süni zəkanın brauzerin təhlükəsizlik sisteminə inteqrasiyasını vurğulayır. Hazırda süni zəka ilə inteqrasiya edilmiş yeni funksiyanın əvvəlki süni zəkasız versiyadan nə ilə fərqləndiyi tam aydın deyil. Buna baxmayaraq, Google-un machine learning alqoritmlərindən istifadə edərək real vaxt rejimində istifadəçi davranış modellərini analiz etməsi və beləliklə, əvvəlcədən qeydə alınmamış potensial təhlükəli saytlar barədə xəbərdarlıq etməsi ehtimal olunur.

Google-un bəyanatına görə, süni zəka ilə təchiz edilmiş təhlükəsizlik sistemi yüklənən faylları daha dərindən skan edir. Bu, şübhəli yükləmələri vaxtında aşkar etməyə və brauzerin təhlükəsizlik sisteminin dəqiqliyini və effektivliyini artırmağa imkan verir. Süni zəka əsaslı gücləndirilmiş mühafizə funksiyası standart olaraq deaktivdir, lakin istifadəçilər onu növbəti addımlarla aktivləşdirə bilərlər: "Settings → Privacy and security → Security" bölməsinə keçid edərək Google Chrome-un Windows, Android və iOS versiyalarında bu funksiyanı aktivləşdirmək mümkündür.
Mənbə: Bleeping Computer
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
YouTube platformasının 20 yaşı tamam olub

YouTube platformasının 20 yaşı tamam olub
14 fevral 2005-ci ildə internet sonsuzadək dəyişdi. Məhz bu tarixdə Google videohostinq platforması YouTube-u istifadəyə verdi. Şirkətin haqlı olaraq qeyd etdiyi kimi, YouTube “mədəniyyətin episentri”nə çevrildi.
Android 16 istifadəçiləri telefon fırıldaqçılığından qoruyacaq

Android 16 istifadəçiləri telefon fırıldaqçılığından qoruyacaq
Google, Android üçün yeni təhlükəsizlik funksiyası üzərində çalışır. Google şirkətinin Android üçün nəzərdə tutulmuş yeni təhlükəsizlik funksiyası telefon zəngləri zamanı bəzi həssas parametrlərin dəyişdirilməsini bloklayacaq.
Google Gemini, ChatGPT-nin funksiyalarından birini əldə edib

Google Gemini, ChatGPT-nin funksiyalarından birini əldə edib
Google, süni zəka köməkçisi Gemini üçün yeni bir funksiyanı təqdim edib. Bu funksiya əvvəlki söhbətləri yadda saxlamağa və cavablarda həmin kontekstdən istifadə etməyə imkan verir.
Google Play aşağı keyfiyyətli tətbiqlər barəsində xəbərdarlıq etməyə başlayıb

Google Play aşağı keyfiyyətli tətbiqlər barəsində xəbərdarlıq etməyə başlayıb
Android cihazlarının sahibləri Google Play Market-də tətbiqlər axtararkən, digər istifadəçilərin reytinqləri və rəyləri, ümumi yüklənmə sayı və digər göstəricilər məhsulun keyfiyyətini müəyyən etməyə kömək edir.
Google I/O 2025 konfransının nə zaman keçiriləcəyi rəsmi şəkildə açıqlanıb

Google I/O 2025 konfransının nə zaman keçiriləcəyi rəsmi şəkildə açıqlanıb
Google illik I/O konfransına həsr olunmuş rəsmi promo materiallarını yayımlayıb.
Həftənin xəbərləri

