Android-in yeni təhlükəsizlik funksiyası istifadəçiləri zərərli proqram təminatlarından qoruyacaq
Proqram Təminatı
21.06.2024
Emil Nəcəfov
Android Authority saytı Google Play-in test versiyasının kodunda yeni təhlükəsizlik funksiyasını aşkar edib. Aşkar edilmiş funksiya smartfonun kənar şəxsə verilməsi halında onun cihaza zərərli proqram təminatı quraşdırmaq istəməsinin qarşısını alacaq. Adətən Android smartfona APK faylının quraşdırılması cəhdi zamanı sistem həmin faylın istifadəçi və smartfon üçün təhlükəsiz olduğunu təsdiqləmək istiqamətində faylın skan prosesini təklif edir. Lakin “istənilən halda quraşdırmaq” bəndini seçməklə bu cür yoxlanışdan yan keçmək mümkündür.
Smartfonu əldə etmiş dələduz və ya haker istifadəçinin xəbəri olmadan bu üsul ilə cihaza zərərli proqram təminatını quraşdıra bilər. Google Play-in test versiyasında aşkar edilmiş yeni təhlükəsizlik funksiyası isə bu problemi belə həll etməlidir. APK faylın skan prosesindən imtina halında faylın quraşdırılma prosesinin davamı üçün smartfon sahibinin barmaq izi skanını reallaşdırmaq və ya smartfonun blokdan çıxarılması üçün nəzərdə tutulmuş PIN kodu daxil etmək lazım gələcək. Bunun sayəsində smartfonun sistemi APK faylın məhz smartfon sahibi tərəfindən quraşdırıldığına əmin olacaq. Bu funksiyanın hamı üçün nə zaman istifadəyə veriləcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
iPhone istifadəçiləri, proqramlara Android istifadəçilərindən daha çox pul xərcləyirlər!
iPhone istifadəçiləri, proqramlara Android istifadəçilərindən daha çox pul xərcləyirlər!
Sensor Tower adlı mobil analiz şirkəti tərəfindən paylaşılan məlumatlara görə, iPhone istifadəçiləri Android istifadəçilərinə nisbətən tətbiqlər üçün daha çox pul ödəyirlər.
Android 15 sabah təqdim edilir: Gələcək bütün yenilikləri təqdim edirik!
Android 15 sabah təqdim edilir: Gələcək bütün yenilikləri təqdim edirik!
Google-un yaxınlaşan mobil əməliyyat sistemi Android 15 sabah açıqlanacaq. Bəs, bu əməliyyat sistemi hansı xüsusiyyətlərlə təchiz olunacaq?
Microsoft məşhur Android tətbiqlərdə ciddi boşluq aşkar edib
Microsoft məşhur Android tətbiqlərdə ciddi boşluq aşkar edib
Microsoft tərtibatçıları Android üçün nəzərdə tutulmuş məşhur tətbiqlərdə ciddi boşluq aşkar ediblər. Aşkar edilmiş boşluq hakerlərə istifadəçi smartfonunda distant şəkildə zərərli proqram kodunun işə salınması və istifadəçi məlumatları ilə autentifikasiya tokenlərinin oğurlanması imkanlarını verir.
Google keçən il Play Marketdə 2.28 milyon zərərli proqram təminatını bloklayıb
Google keçən il Play Marketdə 2.28 milyon zərərli proqram təminatını bloklayıb
Google bildirib ki, o, 2023-cü ildə özünün Play Market platformasına 2.28 milyon ədəd Android tətbiqin yerləşdirilmə cəhdini bloklayıb.
iPhone-ların kilid ekranı xüsusiyyəti Android-lərə gəlir! (VİDEO)
iPhone-ların kilid ekranı xüsusiyyəti Android-lərə gəlir! (VİDEO)
Android 15 kilid ekranını daha faydalı edəcək yeni bir xüsusiyyət gətirir. iPhone-lardakı canlı hadisələrə bənzər vidcetlər Android smartfonlarına gəlir.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!