Android 15 sabah təqdim edilir: Gələcək bütün yenilikləri təqdim edirik!
Proqram Təminatı
13.05.2024
Farid Pardashunas
Google-un yaxınlaşan mobil əməliyyat sistemi Android 15 sabah açıqlanacaq. Bəs, bu əməliyyat sistemi hansı xüsusiyyətlərlə təchiz olunacaq?
ABŞ-ın texnologiya nəhəngi Google, mayın 14-də I/O 2024 tədbirlərinə başlayacaq. Bu tədbir Android 15 və yeni süni intellekt xüsusiyyətlərinə ev sahibliyi edəcək. Bəs Android 15 istehlakçılara nə təklif edəcək? Android smartfon istifadəçiləri bu əməliyyat sistemi ilə hansı yeni funksiyaları əldə edəcəklər? Gəlin, sözü çox uzatmadan Android 15-in indiyə qədər aşkar edilmiş bütün xüsusiyyətlərinə daha yaxından nəzər salaq.
Peyk bağlantısı dəstəyi:
Android 15, internet olmadan mesaj göndərməyə və qəbul etməyə imkan verən peyk bağlantısı funksiyasının əhatə dairəsini genişləndirəcək. Hətta bu xüsusiyyəti daha faydalı edəcək yeni interfeys də təqdim olunacaq.
Defolt pul kisəsi tətbiqini seçmək:
Android 15 istifadəçilərə yeni seçim təqdim edir. Bu xüsusiyyət ilə standart proqramlar bölməsindən seçdiyiniz pul kisəsi tətbiqini defolt olaraq seçə biləcəksiniz.
Qismən ekran paylaşımı:
Yeni versiya ilə istifadəçilər ekran qeydi və ya paylaşma zamanı bütün ekran əvəzinə yalnız müəyyən bir tətbiqi paylaşa biləcəklər. Əlavə olaraq, bildirişləri gizlətmək də mümkün olacaq. Android 14-ün QPR2 versiyası ilə Pixel cihazlarına gələn bu xüsusiyyət indi bütün Android platformasında mövcud olacaq.
Daha yaxşı kamera təcrübəsi:
Android 15 ilə kamera təcrübəsi Instagram kimi üçüncü tərəf proqramlarında təkmilləşdiriləcək. Bu yolla, proqramlar zəif işıqlandırma təkmilləşdirmələri kimi qabaqcıl kamera xüsusiyyətlərinə çıxış əldə edəcək. Bundan əlavə, Android 15 ilə yeni avtomatik ekspozisiya rejimi olan "Zəif İşıq Gücləndirilməsi" bütün istifadəçilər üçün əlçatan olacaq. Bundan başqa, Android 15 veb-kamera kimi istifadə edilən telefonlarda daha yaxşı keyfiyyət təqdim edəcək.
Eyni tətbiqdən gələn bildirişlər azalacaq:
Bildirişlər bölməsinə əlavə olunacaq bu funksiya proqramdan gələn bildirişlərin üst-üstə düşməsini azaltmağa imkan verəcək. Eyni proqramdan gələn daimi bildirişlərin zəhlətökən ola biləcəyini bilirik. Google-un məqsədi istifadəçilərin bu mövzuda özlərini rahat hiss etmələrini təmin etməkdir.
Həssas bildirişlər:
Bir neçə ay əvvəl kəşf edilən bu xüsusiyyət etibar etmədiyiniz proqramların qəbul etdiyiniz həssas bildirişlərə daxil olmasının qarşısını alacaq. Bunlara xüsusilə 2 faktorlu giriş sistemlərində istifadə edilən birdəfəlik parollar kimi bildirişlər daxildir.
Klaviatura tətbiqi vibrasiya parametrlərinə icazə verəcək:
Android 15 ilə telefonlarda standart klaviatura üçün vibrasiya təyin edilə bilər. İstifadəçi üçüncü tərəf klaviatura tətbiqini quraşdırsa belə, bu parametrlərə daxil ola biləcək.
Bluetooth üçün yeni açıla bilən menyu:
Android 15 Bluetooth cihazları üçün yeni açıla bilən seçimlər səhifəsini təqdim edəcək. İstifadəçi bu səhifədən hansı cihaza qoşulacağını tez seçə biləcək. Bu ekran Bluetooth-u söndürmək üçün də istifadə edilə bilər.
Qatlanan ekranlı smartfonlar üçün daha çox funksionallıq əlçatan olacaq:
Google-un yeni mobil əməliyyat sistemi qatlanan ekranlı smartfonlara daha çox funksionallıq gətirəcək. Məsələn, istifadəçi geniş ekranı bağlayan zaman açıq tətbiqi örtük ekranına köçürə biləcək. Bundan əlavə, ekranın kilidlənib-kilidilməməsi kimi xüsusiyyətlər də təklif olunacaq. Bundan əlavə, kiçik örtük ekranları indi daha yaxşı dəstəklənəcək və geniş ekranlı cihazlar üçün davamlı tapşırıq paneli funksiyası əlçatan olacaq.
Bir neçə qulaqlıqda eyni anda səs paylaşımı oluna biləcək:
Android 15, istifadəçiyə yeni audio paylaşma funksiyası təqdim edəcək. Bu xüsusiyyət çərçivəsində media səsi eyni anda birdən çox qulaqlığa ötürülə bilinəcək.
Proqram arxivləşdirmə Parametrlər bölməsindən edilə biləcək:
Android-in nisbətən yeni xüsusiyyətlərindən biri olan "Tətbiqlərin Arxivləşdirilməsi" artıq yalnız Google Play vasitəsilə idarə olunmayacaq. İstifadəçi telefonunun Parametrlər bölməsi vasitəsilə proqramı arxivləşdirə və arxivləşdirilmiş proqramı telefonunda yenidən quraşdıra biləcək.
Bütün tətbiqlər qaranlıq rejimdə istifadə oluna bilinəcək:
Android 15 ilə istifadəçilərə təqdim ediləcək yeni xüsusiyyət qaranlıq rejim həvəskarlarını sevindirəcək. Android 15, tətbiq dəstəkləməsə belə, qaranlıq rejimində istifadəsinə imkan verəcək.
Landşaft ekranları üçün daha yaxşı bildiriş səhifəsi:
Android 15, landşaft rejimində daha yaxşı bildiriş səhifəsi təklif etməyə başlayacaq.
Batareyanın sağlamlığının göstərilməsi:
Android 15 üçün hazırlanmış xüsusiyyətlərdən biri istifadəçilərə telefonun batareya vəziyyətini asanlıqla görməyə imkan verəcək.
Telefon söndürülsə belə, yerini tapmaq mümkün olacaq:
Android 15, iOS-dan ilhamlanan daha başqa bir xüsusiyyət də əldə edəcək. Bu xüsusiyyət hətta telefon söndürülsə də yerini izləməyə imkan verəcək.
Tətbiqlər səslə aktivləşdirilə biləcək:
Android 15 ilə istifadəçilər smartfonlarını səsli əmrlə daha yaxşı idarə edə biləcəklər. Tərtibatçılar dəstək göstərməyə başlasa, proqramlar səslə aktivləşdirilə biləcək. Bu, istifadəçi təcrübəsini daha da yaxşılaşdıracaq.
Masa üstü rejimi:
Çoxdan gözlənilən bu yeni rejim cihazınızın ekranının iş masasına bənzər bir quruluş qazanmasına imkan verəcək.
Təhlükəsizlik təkmilləşdirmələri:
Biz həmçinin internetdə istifadəçinin məxfiliyini qorumaq məqsədi daşıyan və üçüncü tərəf kukilərini əvəz edən Privacy Sandbox proqramının ən son versiyasını görə biləcəyik.
Mobil şəbəkə təhlükəsizliyi:
Yeni versiyada bir təhlükəsizlik xüsusiyyəti də mobil şəbəkələrə gələcək. Qoşulduğunuz şəbəkə təhlükəsiz deyilsə, cihazınız sizə bildirişlər göndərəcək. Siz həmçinin təhlükəsiz olmayan şəbəkələrə qoşulmağı söndürə biləcəksiniz.
Wi-Fi təhlükəsizliyi:
Yeni versiya, cihazlara tamamilə yeni tam ekranlı Wi-Fi təhlükəsizlik bölməsi gətirərək “Cihaz adını paylaş” bölməsinə də əlavə edəcək. Bu şəkildə daha təhlükəsiz simsiz şəbəkə təcrübəsi təmin ediləcək.
Kontrast tənzimlənməsi oluna biləcək:
Android 15 ilə istifadəçilər rənglər üzərində kontrastı tənzimləyə biləcəklər. Bu yolla istifadəçi özü üçün ən uyğun seçimi edə biləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft məşhur Android tətbiqlərdə ciddi boşluq aşkar edib
Microsoft məşhur Android tətbiqlərdə ciddi boşluq aşkar edib
Microsoft tərtibatçıları Android üçün nəzərdə tutulmuş məşhur tətbiqlərdə ciddi boşluq aşkar ediblər. Aşkar edilmiş boşluq hakerlərə istifadəçi smartfonunda distant şəkildə zərərli proqram kodunun işə salınması və istifadəçi məlumatları ilə autentifikasiya tokenlərinin oğurlanması imkanlarını verir.
iPhone-ların kilid ekranı xüsusiyyəti Android-lərə gəlir! (VİDEO)
iPhone-ların kilid ekranı xüsusiyyəti Android-lərə gəlir! (VİDEO)
Android 15 kilid ekranını daha faydalı edəcək yeni bir xüsusiyyət gətirir. iPhone-lardakı canlı hadisələrə bənzər vidcetlər Android smartfonlarına gəlir.
Android 15-də Dark Mode rejimini dəstəkləməyən tətbiqlərdə bu rejimi tətbiq etmək olacaq
Android 15-də Dark Mode rejimini dəstəkləməyən tətbiqlərdə bu rejimi tətbiq etmək olacaq
İnsayderlər Android 15-in beta versiyasında sistem interfeysi ilə bağlı yeni faydalı funksiyanı aşkar ediblər.
Android 15 smartfon ekranının parlaqlığını daha da aşağı salacaq yeni funksiyanı əldə edəcək
Android 15 smartfon ekranının parlaqlığını daha da aşağı salacaq yeni funksiyanı əldə edəcək
Android 15-in Beta 1 adlı test versiyasında yeni faydalı funksiya aşkar edilib. Even Dimmer adlı yeni funksiya smartfon ekranına qaranlıqda daha az parlaq olmağa imkan verəcək.
Android 15-də smartfonun daxili yaddaş həcminin monitorinqi funksiyası istifadəyə veriləcək
Android 15-də smartfonun daxili yaddaş həcminin monitorinqi funksiyası istifadəyə veriləcək
Bir neçə müddət bundan öncə insayderlər xəbər vermişdilər ki, Android 15-ə smartfon batareyasının vəziyyətinin monitorinqi funksiyası əlavə ediləcək.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!