main-post-cover

    Adobe iPhone üçün Photoshop-un mobil versiyasını istifadəyə verib

    Proqram Təminatı
    26.02.2025
    Emil Nəcəfov
         Adobe şirkəti Photoshop-un iPhone üçün süni zəka dəstəkli mobil versiyasını təqdim edib. Tətbiqdə bəzi funksiyalar pulsuzdur, lakin genişləndirilmiş imkanlardan istifadə üçün abunəlik tələb olunur. İstifadəçilər tətbiq vasitəsilə aşağıdakı imkanlara sahib olacaqlar:
    - Şəkilləri redaktə etmək
    - Layihələrdə qatlar və maskalar əlavə etmək
    - Obyektləri sürətli şəkildə seçmək.
         Bundan əlavə, tətbiqdə bu alətlər də mövcuddur. Retuş vasitələri, şəkillərin avtomatik doldurulması və Adobe Stock-un pulsuz stok foto bazasından istifadə. Redaktə yüksək keyfiyyətdə aparılır və fayllar PSD formatında saxlanıla bilər, bu da sonrakı mərhələdə Photoshop-un kompüter versiyasında və ya digər Adobe mobil tətbiqlərində işə davam etməyə imkan verir. İstifadəçilər sadəcə toxunuşla şəkilin hissələrini asanlıqla seçə və düzəltmə aləti ilə qüsurları aradan qaldıra bilərlər.
         Süni zəka əsaslı doldurma və genişləndirmə alətləri şəkillərdəki boşluqları avtomatik tamamlayır. Adobe Stock-un pulsuz şəkillərini kollajlara əlavə etmək mümkündür. Yeni mobil Photoshop yaradıcı insanlara sosial şəbəkələr üçün cəlbedici paylaşımlar hazırlamağa imkan verir. Sonsuz sayda qat (layer) və maska əlavə edərək bir neçə şəkli birləşdirmək mümkündür. Abunəlik əldə edənlər genişləndirilmiş funksiyalara çıxış qazanırlar:
    - Ağıllı obyekt seçimi
    - Təkmilləşdirilmiş obyekt silmə aləti
    - Qatların daha dəqiq qarışdırılması (layer blending)
    - Geniş şrift kitabxanası.
         Şəkilləri JPG TIF formatlarında eksport etmək mümkündür. Adobe Photoshop Mobile and Web abunəsinin illik qiyməti 79.99$. Daha geniş imkanlar üçün Photoshop-un PC Mac versiyaları mövcuddur. Tam funksionallıq əldə etmək istəyənlər üçün isə Adobe Creative Cloud abunəsi təklif edilir.
    Mənbə: Adobe
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Adobe öz neyron şəbəkəsinin video tərtibat imkanını sərgiləyib (VİDEO)
    adobe-oz-neyron-sebekesinin-video-tertibat-imkanini-sergileyib-video
    Google, Meta və digər şirkətlər süni zəka səbəbilə öz konfidensiallıq siyasətlərini gizli şəkildə dəyişirlər
    google-meta-ve-diger-sirketler-suni-zeka-sebebile-oz-konfidensialliq-siyasetlerini-gizli-sekilde-deyisirler
    Adobe musiqi tərtibatı üçün Project Music GenAI Control adlı neyron şəbəkəsini anons edib (VİDEO)
    adobe-musiqi-tertibati-ucun-project-music-genai-control-adli-neyron-sebekesini-anons-edib-video