Uber mobil tətbiqsiz taksi sifarişi üçün kiosklar quraşdırır
Nəqliyyat
10.12.2025
Sevinc Miralızadə
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Uber mobil tətbiqdən istifadə etmədən taksi sifarişini mümkün edən yeni kiosklarını istifadəyə təqdim edir. Şirkət bu xidməti əsasən xarici turistlər və internet paketi olmayan səyahətçilər üçün nəzərdə tutsa da, telefonun enerjisi bitdikdə də xilas yolu ola bilər. Kiosklarda sərnişin gedəcəyi ünvanı və seçdiyi xidmət növünü daxil edir və sifarişlə bağlı məlumatların yer aldığı çap olunmuş qəbz alır. İlk kiosk Nyu-Yorkdakı LaGuardia Hava Limanının C terminalında istifadəyə veriləcək. Uber yaxın aylarda bu sistemi digər hava limanlarında, otellərdə və limanlarda da quraşdırmağı planlaşdırır.
Xüsusən hava limanlarında bu addım, Uber-i ənənəvi taksilərin daha birbaşa rəqibinə çevirir. Tətbiqə ehtiyac qalmadığından, kiosk bir növ dispetçer rolunu oynayır və sərnişin gözləmə müddəti və ya qiymətə görə Uber və sarı taksi arasında seçim edə bilir.
Uber bundan əvvəl də LaGuardia-dan başlayan xüsusi shuttle avtobus xidmətini tətbiq etmişdi. 2024-cü ilin oktyabrında hava limanı ilə Manhattan nəqliyyat mərkəzləri arasında 18 dollarlıq marşrut yaradıldı, 2025-ci ilin martında isə bu xidmət JFK Hava Limanına genişləndirildi. İndi şirkət shuttle xidmətini Newark Liberty Beynəlxalq Hava Limanına da gətirdiyini açıqlayıb. Bununla da Nyu-Yorkdakı bütün əsas hava limanları artıq Uber-in shuttle marşrutlarına qoşulub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Uber Dallasda robotaksi xidmətinə başlayır
Uber Dallasda robotaksi xidmətinə başlayır
Uber bu ildən etibarən daha çox şəhərdə robotaksi xidmətlərini əlçatan etmək üçün fəaliyyətini genişləndirir və şirkət bu istiqamətdə növbəti addımı Dallasda atıb.
Uber Google üçün AI alətləri hazırlayan qrupu işdən çıxardı
Uber Google üçün AI alətləri hazırlayan qrupu işdən çıxardı
Uber Google üçün AI alətləri üzərində çalışan podratçıları gözlənilmədən işdən çıxarıb.
Uber One ailə paylaşımını aktivləşdirib
Uber One ailə paylaşımını aktivləşdirib
Bu funksiya sayəsində istifadəçilər öz hesablarına bir əlavə yetkin şəxsi pulsuz əlavə edə bilirlər. Üstəlik, istənilən sayda yeniyetmə üzv də əlavə etmək mümkündür.
Uber Eats Britaniyada Starship robotları ilə yemək çatdırmağa başlayır
Uber Eats Britaniyada Starship robotları ilə yemək çatdırmağa başlayır
Uber Eats bu ilin dekabrından başlayaraq Böyük Britaniyada Starship robotları ilə yemək çatdırılmasına keçərək avtonom çatdırılma xidmətini genişləndirməyə hazırlaşır.
Volkswagen və Uber birgə pilotsuz taksi xidmətini yaradırlar
Volkswagen və Uber birgə pilotsuz taksi xidmətini yaradırlar
Volkswagen və Uber ABŞ-da pilotsuz taksi xidmətinin yaradılması üzrə genişmiqyaslı tərəfdaşlıq elan ediblər. İlk Volkswagen ID. Buzz robotaksiləri artıq 2026-cı ildə Los-Ancelesdə sərnişin daşımağa başlayacaq, lakin sükan arxasında ehtiyat məqsədilə operatorlar olacaq.
Həftənin xəbərləri