main-post-cover

    Uber Eats Britaniyada Starship robotları ilə yemək çatdırmağa başlayır

    Digər
    20.11.2025
    Sevinc Miralızadə
        Uber Eats gələn ildən etibarən Böyük Britaniyada yemək çatdırılması prosesini robotlaşdırmağa başlayır. Şirkət “Starship Technologies” adlı kənar (sidewalk) çatdırılma robotları istehsal edən şirkətlə əməkdaşlığa başlayıb.
        Məlumata görə, çatdırılma xidməti ilk olaraq bu ilin dekabr ayında Leeds və Sheffield şəhərlərində seçilmiş restoranlarla sınaq mərhələsinə başlayacaq. Bundan sonra isə xidmətin 2026-cı ildə Avropanın digər ölkələrinə, 2027-ci ildə isə ABŞ bazarına genişləndirilməsi planlaşdırılır.
        Uber əvvəllər də müxtəlif avtonom çatdırılma texnologiyaları ilə əməkdaşlıq edib. Şirkət ABŞ-də Serve Robotics və Avride kimi digər kənar robot platformalarından da istifadə edir. Starship isə hazırda dünyada 270-dən çox lokasiyada fəaliyyət göstərən təxminən 3 min çatdırılma robotuna sahib olduğunu bildirir. Robotlar adətən 30 dəqiqədən az müddətdə və maksimum 2 mil məsafədə sifarişləri çatdırır.
        Uber Eats ilə Starship arasındakı bu yeni əməkdaşlıq, şəhər mühitində qısa məsafəli avtonom çatdırılmaların inkişafında növbəti addım hesab olunur və gələcəkdə daha geniş miqyasda tətbiq edilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    SpaceX Starship-in 11-ci sınaq uçuşu uğurlu şəkildə keçib (VİDEO)
    spacex-starship-in-11-ci-sinaq-ucusu-ugurlu-sekilde-kecib-video
    Avropa özünün Starship-ni hazırlamaq istəyir
    avropa-ozunun-starship-ni-hazirlamaq-isteyir
    SpaceX Starship-in 11-ci sınaq uçuşunun tarixini elan edib
    spacex-starship-in-11-ci-sinaq-ucusunun-tarixini-elan-edib
    SpaceX 10-cu sınaq uçuşu zamanı Starship-in kameralarından çəkilmiş fotoları sərgiləyib
    spacex-10-cu-sinaq-ucusu-zamani-starship-in-kameralarindan-cekilmis-fotolari-sergileyib
    SpaceX 10-cu cəhddən Starship-in uğurlu sınaq uçuşunu reallaşdıra bilib (VİDEO)
    spacex-10-cu-cehdden-starship-in-ugurlu-sinaq-ucusunu-reallasdira-bilib-video