main-post-cover

    Toyota Prius effektiv yanacaq sərfiyyatı mövzusunda dünya rekorduna imza atıb

    Nəqliyyat
    16.09.2024
    Emil Nəcəfov
         27 il bundan öncə Toyota şirkəti dünyanın ilk hibrid avtomobilini satışa çıxartmışdı. Söhbət, birinci nəsil Toyota Prius-dan gedir. Yanacağa qənaət məqsədilə bu avtomobil özündə həm ənənəvi daxili yanma mühərrikini həm də elektrikli mühərriki birləşdirirdi. Nəticədə hibrid texnologiya özünü doğrultdu. Son zamanlarda ən çox satılan avtomobillər arasında məşhur olanı məhz hibrid avtomobillərdir. İndi isə məlum olub ki, Toyota Prius ən effektiv yanacaq sərfiyyatı mövzusunda dünya rekorduna imza atıb.
         Belə ki, sözügedən hibrid avtomobol 150 km yol qətt etmək üçün cəmi 3.79 litr yanacaqdan istifadə edib. Test edilmiş Toyota Prius-un yolu Los Anceles-dən Nyu-York-a kimi olub. Avtomobil hətta ən ekstremal hava şəraitlərində də özünü doğruldub. Qeyd etmək lazımdır ki, bu, Toyota şirkətinin sözügedən avtomobili satışa çıxartdığı vaxtdan əldə etmiş olduğu sayca 30-cu mükafatdır. Qeyd etmək lazımdır ki, Toyota Prius-un ən son modeli keçən il satışa çıxdı. O, tamamilə yeni dizaynı və Toyota Hybrid System adlı 5-ci nəsil hibrid texnologiyasını əldə edib. Keçən il satışa çıxmış model özündə 194 at gücünə sahib 2.0 litr həcmli mühərriki birləşdirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Toyota 3D printerdə çap edilmiş gövdəyə sahib off-road avtomobil konseptini sərgiləyib
    toyota-3d-printerde-cap-edilmis-govdeye-sahib-off-road-avtomobil-konseptini-sergileyib
    Toyota, Mazda, Honda, Suzuki və Yamaha markalı avtomobil istifadəçilərinin diqqətinə: Avtomobilinizdə təhlükəsizlik problemləri ola bilər!
    toyota-mazda-honda-suzuki-ve-yamaha-markali-avtomobil-istifadecilerinin-diqqetine-avtomobilinizde-tehlukesizlik-problemleri-ola-biler
    Toyota, Nissan və Honda yeni nəsil avtomobillər üçün güclərini birləşdirir!
    toyota-nissan-ve-honda-yeni-nesil-avtomobiller-ucun-guclerini-birlesdirir
    Toyota gələcəyin miniven konseptini sərgiləyib
    toyota-geleceyin-miniven-konseptini-sergileyib