Toyota gələcəyin miniven konseptini sərgiləyib
Nəqliyyat
06.05.2024
Farid Pardashunas
Toyota-ya məxsus olan Boshoku adlı brend Pekin avtomobil sərgisi çərçivəsində gələcəyin miniven avtomobil konseptini sərgiləyib. Qeyri-adi dizayna sahib miniven konsepti Lounze adlanır və o, uzaq gələcəkdə miniven tərz avtomobilin necə görünə biləcəyini əks etdirir. Bu avtomobil konseptinin gövdəsi simmetrik düz bucaq formalara sahibdir. Bu səbəbdən də onun ön və arxa hissələri oxşar görünüşə sahibdirlər. Bu avtomobildə əsas diqqət xarici və daxili görünüşə ayrılıb.
Xüsusi işıqlandırma sistemi ilə daxili hissədən tavana ulduzlu səmanın proyeksiyası avtomobilə daha da futuristik görüntü verirlər. Avtomobilin daxilində 3 cüt sərnişin oturacağı var. Hər bir oturacaq ayarlana biləndir. Bununla yanaşı hər bir oturacaq 360 dərəcə fırlanma özəlliyinə, istilik və ventilyasiya sisteminə, üstəlik masaj imkanına sahibdir. Avtomobildə ənənəvi idarəetmə sükanı mövcud deyil. Onun yerinə böyük ölçülü ekrandan istifadə edilir. Qeyd etmək lazımdır ki, bu sadəcə bir konseptdir və o, yaxın illərdə kütləvi istehsal üçün nəzərdə tutulmayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!