Tesla avtomobili, qəzaya uğradıqdan sonra bomba kimi partlayıb!
Nəqliyyat
19.09.2024
Farid Pardashunas
ABŞ-da bir Tesla, qəzadan sonra bomba kimi partlayıb. Avtomobildə olan sərnişinlər isə dünyalarını dəyişiblər.
Hadisənin necə baş verdiyi məlum olmasa da, hadisə şahidlərinin sözlərinə görə, avtomobil qəfil sürətlənib və yoldan çıxıb. 70 yaşlı sürücü Millie Ortiz Sheehan-ın idarə etdiyi avtomobildə onun 36 yaşlı gəlini Diana Trochez Sheehan da var idi. Millie Ortiz Sheehan gəlini ilə nəvəsini uşaq bağçasına buraxmaq üçün yola düşmüşdü.
Hadisə şahidlərinin sözlərinə görə, qəzadan sonra avtomobil bomba kimi partlayıb və ətrafa çoxlu miqdarda qəlpələrin saçılmasına səbəb olub. Qəzadan sonra həm avtomobildə, həm də avtomobilin qəzaya uğradığı evdə yanğın baş verib. Hadisə yerində aparılan ilkin araşdırmalara görə, 2 qadın Tesla-da sıxışıb qalıb. Yaşayış binası mümkün təhlükələrə qarşı təxliyyə edilərkən, qəzadan zərər görmüş şəxslərə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Tədqiqatçılar indi Tesla-nın istəmədən sürətlənib-sürətlənmədiyini araşdıracaqlar. 2020-ci ildə bənzər bir ittihamla Tesla-ya qarşı araşdırma aparılması tələb edilmişdi, lakin icazə verilməmişdi. Bu il Tesla Cybertruck da oxşar şəkildə özü sürətlənərək yoldan çıxmış və bir evə girmişdi. Hələlik Tesla-dan məsələ ilə bağlı heç bir açıqlama yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Sürücülər məhdud avtopilotdan istifadə halında da yola nəzarət etmirlər
Sürücülər məhdud avtopilotdan istifadə halında da yola nəzarət etmirlər
Tesla şirkətinin bizləri nə dərəcədə inandırmağa çalışmasına baxmayaraq müasir avtomobillər yüksək səviyyəli avtopilot sisteminə sahib deyillər.
Tesla şirkəti Robotaxi layihəsinin təqdimatını anons edib
Tesla şirkəti Robotaxi layihəsinin təqdimatını anons edib
Təqdimat Warner Bros. film studiyasının Kaliforniya ştatındakı Berbank şəhərində yerləşən ərazisində keçiriləcək.
Tesla-nın elektrik yük maşını Semi, qəzadan sonra alovlanaraq yanıb!
Tesla-nın elektrik yük maşını Semi, qəzadan sonra alovlanaraq yanıb!
ABŞ-ın Kaliforniya ştatında Nevada sərhədi yaxınlığında Tesla-nın elektrik yük maşını Semi, yanıb. Yanğının Semi-nin ağaca dəyməsi nəticəsində baş verdiyi bildirilir.
Tesla, bəzi müştərilərinin Model 3 sifarişlərini 8 ildir çatdırmırmış!
Tesla, bəzi müştərilərinin Model 3 sifarişlərini 8 ildir çatdırmırmış!
2016-cı ildə şirkətin CEO-su Elon Musk, hindistanlı müştərilərinə Tesla Model 3-ü əvvəlcədən sifariş etməyə təşviq etmişdi. Lakin aradan 8 il keçməsinə baxmayaraq, məlum olub ki, bu sifarişlər hələ də çatdırılmayıb.
Elektromobil istehsalçısı Tesla-nın CEO-su Elon Musk, insanları neft və qaz sənayesini pisləməməyə çağırıb!
Elektromobil istehsalçısı Tesla-nın CEO-su Elon Musk, insanları neft və qaz sənayesini pisləməməyə çağırıb!
Donald Trump və Elon Musk, X-də canlı söhbət ediblər. Söhbət zamanı Trump və Musk, həmçinin mineral yanacaqlar, elektrikli nəqliyyat vasitələri və iqlim dəyişikliyi ilə bağlı fikirlərini də bildiriblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!