main-post-cover

    Tesla Cybertruck, Meksikada təhvil verilməyə başlandıqdan bir neçə gün sonra qəza hadisələrində görüntülənib!

    Nəqliyyat
    05.11.2024
    Farid Pardashunas

         Tesla Cybertruck, Meksikada təhvil verilməyə başlandıqdan sonra qəzalarla üzləşməyə başlayıb.

         Uzun zamandır gözlənilən Tesla Cybertruck modeli qlobal bazarlarda təhvillərə başlayıb. Gələcəyin dizaynını xatırladan bu model, Meksikada təhvil verilməyə başlandıqdan bir neçə gün sonra 2 qəza hadisəsində iştirak edib. Bu qəzaların biri kifayət qədər ağır bir qəza kimi diqqət çəkib. Guadalajara şəhərində baş verən bu ağır qəzada, bir Cybertruck avtomobili aşaraq qəzaya uğrayıb və 18 yaşlı sürücü qadın maşından bayıra atılıb. Nəticədə ağır şəkildə yaralanmış qadın səki üzərində yatmış vəziyyətdə qalıb. Avtomobildəki digər 3 sərnişin isə yanğınsöndürənlər tərəfindən hidravlik avadanlıqların köməyi ilə çıxarılıb. Bu sərnişinlərdən biri 17, biri 19, digəri isə 60 yaşında olub. Digər qəzada isə 23 yaşlı sürücü park edilmiş bir yük avtomobilinə və bir evin qapısına çırpılıb. Bu qəzada xəsarət alan olmayıb.
         Hələ ölkəmizdə Tesla Cybertruck-ın sayı çox olmasa da, avtomobilin iştirak etdiyi qəzalar təhlükəsizlik problemlərini ortaya çıxarır. Bu cür qəzalar elektrikli yük avtomobillərinin istifadəsində daha çox məlumatlandırmaya ehtiyac olduğunu göstərir. Elektrikli nəqliyyat vasitələrini idarə etmək və xüsusiyyətlərindən istifadə etmək çətin ola bilər.
         Tesla hər nə qədər öz elektrikli yük avtomobilinin davamlılığına diqqət çəksə də, bu cür qəzalar bizə yeni nəsil nəqliyyat vasitələrinin fərqli olduğunu və ona görə də fərqli yanaşma tələb etdiyini göstərir. Onu da qeyd edək ki, Tesla Cybertruck-ın Meksikadakı təhvil verilməsi 25 sentyabrda başlamışdı və Meksika, Cybertruck-ın ABŞ-dan kənarda satışa çıxarıldığı ilk ölkə olmuşdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk: "Optimus robotu Tesla-nın bazar dəyərini 25 trilyon dollara yüksəldəcək"
    elon-musk-optimus-robotu-tesla-nin-bazar-deyerini-25-trilyon-dollara-yukseldecek
    Tesla Cybercab-ın yeni fotoları ortaya çıxıb
    tesla-cybercab-in-yeni-fotolari-ortaya-cixib
    "I, Robot"un rejissoru Elon Musk-ın onun dizaynlarını oğurladığını iddia edib!
    i-robotun-rejissoru-elon-musk-in-onun-dizaynlarini-ogurladigini-iddia-edib
    Tesla-nın Optimus robotlarının insanlar tərəfindən idarə edildiyi ortaya çıxıb!
    tesla-nin-optimus-robotlarinin-insanlar-terefinden-idare-edildiyi-ortaya-cixib
    Tesla yenilənmiş Optimus robotlarını təqdim edib (VİDEO)
    tesla-yenilenmis-optimus-robotlarini-teqdim-edib-video