main-post-cover

    Kaliforniyada avtonom yük maşınlarına qoyulan qadağa götürülə bilər

    Nəqliyyat
    05.12.2025
    Sevinc Miralızadə
        Kaliforniya nəqliyyat tənzimləyiciləri uzun müddətdir müzakirə mövzusu olan qərarı yenidən gündəmə gətirib. Ştatın Avtomobil İdarəsi (DMV) ictimai magistrallarda sürücüsüz, ağırtonnajlı yük maşınlarının sınaqdan keçirilməsinə icazə verəcək yeni qaydaların yenilənmiş versiyasını açıqlayıb və bu dəyişikliklərin müzakirəsi üçün 15 günlük şərh müddəti açılıb. Müzakirələr 18 dekabrda başa çatacaq. Hazırda Kaliforniyada robotaksilər San-Fransisko və Los-Ancelesin bəzi bölgələrində geniş istifadə olunsa da, 10.000 funtdan (təxminən 4.5 ton) ağır olan sürücüsüz maşınların ictimai yollarda sınağı hələ də tam qadağandır. Buna görə də, bu sahədə fəaliyyət göstərən startaplar və böyük AV şirkətləri sınaqları əsasən Texas kimi digər ştatlarda aparır.
        DMV-nin yeni təklifləri bu qadağanı aradan qaldırmağı hədəfləyir və bir neçə əsas yeniliyi özündə birləşdirir.
    Robotrucks to Deliver New Era of Driverless Technology | Discovery

    Yeni qaydalar nələri dəyişir?

    1. Sürücüsüz yük maşınlarının mərhələli icazə prosesi

        Yeni qaydalara əsasən, şirkətlər öncə sürücü təhlükəsizlik operatoru ilə sınağa başlamalıdır. Daha sonra ayrıca icazə ilə tam sürücüsüz rejimdə sınaq və daha sonra kommersiya məqsədli istifadəyə (deployment) keçmək mümkün olacaq.

    2. Minimal test məsafəsi tələbi

        Sürücüsüz iş rejiminə keçmək istəyən şirkətlər:
    • Ümumilikdə 500.000 mil avtonom sınaq məsafəsi qət etməlidir;
    • Bunun 100.000 mili mütləq Kaliforniyada, real fəaliyyət zonasında olmalıdır.

    3. Polis üçün yeni səlahiyyətlər

        Qaydalardakı yeniliklər hüquq-mühafizə orqanlarına sürücüsüz nəqliyyat vasitələrinə cərimə yazmaq imkanı yaradır. Robotaksilərin fəaliyyəti genişləndikcə bu məsələ aktuallaşıb.

    4. Yüngül nəqliyyat vasitələri üçün də daha sərt hesabat tələbləri

        Robotaksilər daxil olmaqla bütün AV istehsalçıları:
    • DMV-yə daha tez-tez məlumat təqdim etməli,
    • Fövqəladə hallarda ilk yardım xidmətləri ilə qarşılıqlı fəaliyyət planlarını yeniləməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Waymo Filadelfiyada avtonom taksi sınaqlarına başlayıb
    waymo-filadelfiyada-avtonom-taksi-sinaqlarina-baslayib
    Autolane sürücüsüz avtomobillər üçün idarəetmə sistemi qurur
    autolane-surucusuz-avtomobiller-ucun-idareetme-sistemi-qurur
    Elon Musk Texasda Robotaksi planlarını azaldıb
    elon-musk-texasda-robotaksi-planlarini-azaldib
    Pony.ai 2026-cı ilə qədər robotaksi parkını üç dəfə böyüdəcək
    ponyai-2026-ci-ile-qeder-robotaksi-parkini-uc-defe-boyudecek
    Uber BƏƏ-də tam sürücüsüz robotaksiləri istifadəyə verdi
    uber-bee-de-tam-surucusuz-robotaksileri-istifadeye-verdi