main-post-cover

    Waymo Filadelfiyada avtonom taksi sınaqlarına başlayıb

    Nəqliyyat
    04.12.2025
    Sevinc Miralızadə
         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Waymo avtonom taksi şəbəkəsini genişləndirməyə davam edir. Şirkət çərşənbə günü elan edib ki, Filadelfiyada təhlükəsizlik sürücüsünün müşayiəti ilə tam avtonom rejimdə sınaqlara start verib. Bununla yanaşı, Waymo Baltimor, Sent-Luis və Pittsburqda məlumat toplamaq üçün avtomobilləri manuel rejimdə sürməyə hazırlaşır.
        Waymo bu şəhərlərdə kommersiya xidmətinin nə vaxt işə düşəcəyini açıqlamayıb. Şirkət hazırda Los Anceles, Finiks və San-Fransisko Körfəzi bölgəsində magistral yollarda avtonom taksi xidmətləri təqdim edir. Waymo 2026-cı ilin sonuna qədər həftədə 1 milyon sərnişin daşımağı planlaşdırır.
        Şirkət son açıqladığı məlumatlara əsasən, insan sürücülərindən beş dəfə daha təhlükəsiz fəaliyyət göstərdiyini iddia edir. Bununla belə, genişlənmə prosesində problemlər də yaranıb. ABŞ Milli Avtoyolların Təhlükəsizliyi Administrasiyası Waymo avtomobillərinin məktəb avtobusları yaxınlığında davranışı ilə bağlı araşdırma aparır. Sentyabrda Atlantada bir Waymo-nun dayanmış məktəb avtobusunun ətrafından keçməsi lentə alınmışdı.
        Bu həftə Ostində KXAN media orqanının yayımladığı reportaj isə göstərib ki, Waymo avtomobilləri uşaqların minmə və düşmə zamanı dayanmış məktəb avtobuslarının yanından dəfələrlə keçib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Autolane sürücüsüz avtomobillər üçün idarəetmə sistemi qurur
    autolane-surucusuz-avtomobiller-ucun-idareetme-sistemi-qurur
    Elon Musk Texasda Robotaksi planlarını azaldıb
    elon-musk-texasda-robotaksi-planlarini-azaldib
    Pony.ai 2026-cı ilə qədər robotaksi parkını üç dəfə böyüdəcək
    ponyai-2026-ci-ile-qeder-robotaksi-parkini-uc-defe-boyudecek
    Uber BƏƏ-də tam sürücüsüz robotaksiləri istifadəyə verdi
    uber-bee-de-tam-surucusuz-robotaksileri-istifadeye-verdi
    Waymo ABŞ-də robotaksi yarışını sürətləndirir
    waymo-abs-de-robotaksi-yarisini-suretlendirir