main-post-cover

    Google Maps iOS-da yeni funksiyanı işə saldı

    Nəqliyyat
    10.12.2025
    Sevinc Miralızadə
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Google Maps iOS üçün faydalı bir yenilik təqdim edib. Artıq tətbiq avtomobilinizi harada park etdiyinizi avtomatik olaraq xatırlayır və sizi vaxt itkisindən xilas edir.
    Driving avatar
        Bu funksiya Google Maps-in məhsul meneceri Rio Akasaka tərəfindən elan olunub və ilkin olaraq MacRumors tərəfindən bildirilib. İstifadəsi isə çox sadədir: iPhone-dakı Google Maps tətbiqini avtomobilinizə CarPlay, Bluetooth və ya USB vasitəsilə qoşursunuz. Sürmə prosesi bitdikdən sonra tətbiq avtomatik olaraq xəritədə “You parked here” yazısı ilə park etdiyiniz nöqtəyə pin yerləşdirir. Sürməyə davam etdiyiniz an həmin pin xəritədən silinir.
        Bu yenilik əvvəlki “Save where you parked” funksiyasının avtomatlaşdırılmış formasıdır və hələ də tətbiqdə mövcuddur. Google Maps həmçinin parkinq tapmağa kömək edən digər alətləri də saxlayır. Təxminən bir ay əvvəl əlavə edilən bu funksiyaya ötən həftə vizual yenilik də gəlib. Əgər Google Maps-də nəqliyyat vasitəsi üçün fərdi ikon seçmisinizsə, park yerinizdə standart “P” əvəzinə məhz həmin ikon görünəcək.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Pixel 10 üçün Google Maps-ə yeni enerjiyə qənaət rejimi gəlib
    pixel-10-ucun-google-maps-e-yeni-enerjiye-qenaet-rejimi-gelib
    Google Maps naviqasiya üçün Gemini AI inteqrasiyasını istifadəyə verdi
    google-maps-naviqasiya-ucun-gemini-ai-inteqrasiyasini-istifadeye-verdi
    Signal iPhone istifadəçiləri üçün şifrəli backup funksiyasını aktivləşdirdi
    signal-iphone-istifadecileri-ucun-sifreli-backup-funksiyasini-aktivlesdirdi
    Google Maps-ə Gemini əsaslı yeni bir bölmə əlavə olunub
    google-maps-e-gemini-esasli-yeni-bir-bolme-elave-olunub
    HarmonyOS Çində ardıcıl 6 rüb iOS-dən daha məşhurdur
    harmonyos-cinde-ardicil-6-rub-ios-den-daha-meshurdur