Pixel 10 üçün Google Maps-ə yeni enerjiyə qənaət rejimi gəlib
Cihazlar+
28.11.2025
Sevinc Miralızadə
Technote.az "9to5Mac" platformasına istinadən bildirir ki, Google iki həftə əvvəlki Feature Drop elanından sonra Pixel 10 seriyasına xüsusi “Power Saving” naviqasiya rejimini aktivləşdirməyə başlayıb. Bu funksiya yalnız avtomobil naviqasiyası zamanı işləyir və ekranı maksimum sadələşdirərək batareya sərfiyyatını ciddi şəkildə azaldır.
Avtomobillə naviqasiya zamanı güc düyməsinə toxunduqda xəritə qalmaqla, tam sadələşdirilmiş qara-ağ interfeys açılır. Ekranın yuxarı hissəsində sistem status paneli və növbəti dönmə indikatoru qalır, lakin Google Assistant və Gemini düyməsi çıxarılıb. Alt hissədə isə yalnız marşrut haqqında əsas məlumat görünür və əlavə idarəetmə düymələri ləğv edilib. O cümlədən, sürət göstəricisi və sağdakı bütün FAB düymələri interfeysdən çıxır.
Ekranın yuxarısından aşağı sürüşdürməklə bildiriş paneli tam şəkildə açılır. Ekrana toxunuş və ya güc düyməsinə basmaqla istifadəçi yenidən tam funksiyalı xəritə görünüşünə qayıdır. “Power Saving” rejimi marşrut bitdikdə avtomatik deaktiv olur. Bu funksiya Pixel 10, Pixel 10 Pro, Pixel 10 Pro XL və Pixel 10 Pro Fold modellərində mövcuddur. Google bildirir ki, testlər zamanı bu rejim batareya ömrünü təxminən 4 saata qədər artırır. Enerji qənaətinin real göstəricisi ekran parlaqlığı, yolda hərəkət şəraiti və digər amillərdən asılıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Maps naviqasiya üçün Gemini AI inteqrasiyasını istifadəyə verdi
Google Maps naviqasiya üçün Gemini AI inteqrasiyasını istifadəyə verdi
Google Maps indi naviqasiya zamanı Google Assistant-ı əvəz edən Gemini AI ilə daha ağıllı, kontekstual və funksional səsli köməkçi təcrübəsi təqdim edir.
Google Maps-ə Gemini əsaslı yeni bir bölmə əlavə olunub
Google Maps-ə Gemini əsaslı yeni bir bölmə əlavə olunub
Google Maps yeni Gemini əsaslı xüsusiyyəti, yenilənmiş Explore bölməsi və EV şarj məntəqələrinin mövcudluq proqnozu kimi funksiyalarla tətbiqi daha ağıllı və istifadəçi yönümlü edir.
Bir adam oğurluğu hadisəsinin təfərrüatları Google Maps sayəsində ortaya çıxıb!
Bir adam oğurluğu hadisəsinin təfərrüatları Google Maps sayəsində ortaya çıxıb!
Dünyada artıq milyonlarla istifadəçisi olan Google Maps, çox maraqlı bir adam oğurluğu hadisəsi ilə gündəmə gəlib.
Hindistanda Google Maps xətasına görə, 3 nəfər həyatını itirib!
Hindistanda Google Maps xətasına görə, 3 nəfər həyatını itirib!
Hindistanda Google Maps, avtomobili fəaliyyəti dayandırılmış bir körpüyə yönəldib. Körpüdən düşən avtomobildə olan 3 nəfər isə həyatını itirib.
Google Maps, artıq saxta rəyləri ifşalayacaq!
Google Maps, artıq saxta rəyləri ifşalayacaq!
Google Maps, milyonlarla istifadəçinin müəssisələr haqqında məlumat əldə etmək üçün müraciət etdiyi bir platform olaraq diqqət çəkir. Lakin son zamanlar süni intellekt texnologiyalarının inkişafı ilə birlikdə saxta və AI tərəfindən yaradılan rəylər platformanın etibarlılığını təhdid edir.
Həftənin xəbərləri