main-post-cover

    Xiaomi 7000 mAh-lıq batareyaya sahib smartfon üzərində çalışmış ola bilər

    Cihazlar+
    27.11.2024
    Emil Nəcəfov
         Son zamanlarda şirkətlər öz smartfonlarını olduqca böyük həcmli batareyalar ilə təchiz edirlər. Hal-hazırda bazarda 6000-6500 mAh-lıq batareyaya sahib smartfonları görmək olar. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, bəzi şirkətlər artıq 7000 mAh-lıq batareyaya sahib smartfonlar üzərində çalışırlar. Verilmiş yeni məlumata əsasən bu şirkətlərdən biri də Xiaomi-dir.
         Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən smartfon istehsalçılarından biri hələ təqdim olunmamış Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 90 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareyanı birləşdirəcək smartfon üzərində çalışır. İnsayder söhbətin hansı şirkətdən getdiyini açıqlamasa da, insayderlər güman edirlər ki, bu, Xiaomi-dir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    REDMI Watch 5 smart saatı təqdim edilib - QİYMƏTİ
    redmi-watch-5-smart-saati-teqdim-edilib-qiymeti
    REDMI Buds 6 Pro naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    redmi-buds-6-pro-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    REDMI K80 və K80 Pro təqdim edilib - QİYMƏTİ
    redmi-k80-ve-k80-pro-teqdim-edilib-qiymeti
    Xiaomi flaqman smartfonları üçün 3 nanometrlik prosessorunu gələn il təqdim edəcək
    xiaomi-flaqman-smartfonlari-ucun-3-nanometrlik-prosessorunu-gelen-il-teqdim-edecek
    Təqdimatdan bir gün qabaq REDMI K80 Pro-nun kameraları barəsində rəsmi məlumat verilib
    teqdimatdan-bir-gun-qabaq-redmi-k80-pro-nun-kameralari-baresinde-resmi-melumat-verilib