Xiaomi flaqman smartfonları üçün 3 nanometrlik prosessorunu gələn il təqdim edəcək
Elm & Texnologiya
27.11.2024
Emil Nəcəfov
Bir neçə ay bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessoru üzərində çalışır və o, 3 nanometrlik texnoloji proses əsasında istehsal olunacaq. Bir neçə müddət bundan öncə isə məlumat ortaya çıxdı ki, şirkət 3 nanometrlik prosessorunun hazırlanma prosesini uğurla yekunlaşdırıb. Yeni məlumatda qeyd edilib ki, şirkət 3 nanometrlik fərdi prosessorunu artıq 2025-ci ildə təqdim edəcək.
Bununla da mobil prosessorlar bazarında Qualcomm və MediaTek şirkətləri üçün yeni rəqib ortaya çıxa bilər. İnsayderlərin sözlərinə əsasən Xiaomi-nin yeni fərdi prosessoru TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Gözləntilərə əsasən sözügedən prosessor şirkətin flaqman smartfonlarında istifadə edilə bilər. Bunun hətta gələn il təqdim olunacaq Xiaomi 16 smartfonlarından başlayacağı gözlənilir. Qeyd etmək lazımdır ki, bu, Xiaomi-nin fərdi prosessorunu hazırlamaq üzrə ilk cəhdi deyil. Belə ki, şirkətin 2017-ci ildə təqdim etmiş olduğu Mi 5C smartfonu Xiaomi tərəfindən hazırlanmış Surge S1 adlı prosessor vasitəsilə çalışırdı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimatdan bir gün qabaq REDMI K80 Pro-nun kameraları barəsində rəsmi məlumat verilib
Təqdimatdan bir gün qabaq REDMI K80 Pro-nun kameraları barəsində rəsmi məlumat verilib
Xiaomi-nin REDMI brendi sabah REDMI K80 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya iki model daxil olacaq. REDMI K80 və K80 Pro. Təqdimatdan bir gün qabaq REDMI brendi REDMI K80 Pro-nun kameraları barəsində rəsmi məlumatları təqdim edib.
Təqdimata hazırlaşan REDMI K80 Pro smartfonu Geekbench testlərindən keçib
Təqdimata hazırlaşan REDMI K80 Pro smartfonu Geekbench testlərindən keçib
REDMI brendi 27 noyabr tarixində REDMI K80 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya minimum iki model daxil olacaq. REDMI K80 və K80 Pro.
REDMI Turbo 4 smartfonu sertifikatlaşdırmadan keçib
REDMI Turbo 4 smartfonu sertifikatlaşdırmadan keçib
Biz biraz əvvəl xəbər verdik ki, REDMI brendi öz loqosunu dəyişib və bundan sonra bu brendin adındakı bütün hərflər böyük yazılacaq. Bununla yanaşı məlum oldu ki, REDMI brendi Turbo adlı yeni smartfon seriyası üzərində çalışır və o, REDMI K seriyasını əvəz edəcək.
REDMI öz loqosunu dəyişib və yeni smartfon seriyası üzərində çalışdığını elan edib
REDMI öz loqosunu dəyişib və yeni smartfon seriyası üzərində çalışdığını elan edib
Xiaomi-nin REDMI brendi öz yeni loqosunu təqdim edib. Daha əvvəlki loqodan fərqli olaraq yeni loqo çərçivəsində brendin adındaki bütün hərflər böyük yazılıb.
Təqdimata hazırlaşan Redmi Watch 5 smart saatı barəsində rəsmi təfərrüatlar təqdim edilib
Təqdimata hazırlaşan Redmi Watch 5 smart saatı barəsində rəsmi təfərrüatlar təqdim edilib
Xiaomi-nin Redmi brendi 27 noyabr tarixində Redmi K80 smartfonlarını, Redmi Watch 5 smart saatını və Redmi Buds 6 Pro naqilsiz qulaqlığını təqdim edəcək.
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib