main-post-cover

    Vivo V50 Lite smartfonunun render fotosu və bəzi texniki imkanları ortaya çıxıb

    Cihazlar+
    28.02.2025
    Emil Nəcəfov
         Vivo şirkəti Vivo V50 Lite smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə məlum olub ki, təqdimata hazırlaşan sözügedən smartfon Google Play Consolde-da ortaya çıxıb. Bunun sayəsində smartfonun xarici görünüşü və bəzi texniki imkanları ortaya çıxıb. Fotodan da görmək olar ki, Vivo V50 Lite smartfonu yastı ekranı əldə edəcək. Ekran ətrafı çərçivələr nazik olacaqlar. Ekranın üzərində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək.
         Smartfonun arxa panelində oval formalı kamera sahəsi yerləşəcək və onun daxilində iki ədəd kamera ilə LED işıqlandırma mövcud olacaq. Google Play Console-dakı məlumata əsasən Vivo V50 Lite amartfonu 2392x1080 piksel keyfiyyətli ekranla təchiz olunacaq, Snapdragon 680 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM-ı birləşdirəcək. Üstəlik məlum olub ki, bu yeni smartfon qutudan Android 15-i əldə edəcək. Vivo V50 Lite-ın 80 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.
    Mənbə: GSMarena
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli Vivo Y39 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y39-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli Vivo V50 smartfonu təqdim olunub - QİYMƏTİ
    orta-budceli-vivo-v50-smartfonu-teqdim-olunub-qiymeti
    Vivo V50-nin təqdimatı rəsmi şəkildə anons edilib
    vivo-v50-nin-teqdimati-resmi-sekilde-anons-edilib
    Vivo V50-nin rəsmi render fotoları və bəzi texniki imkanları təqdim edilib
    vivo-v50-nin-resmi-render-fotolari-ve-bezi-texniki-imkanlari-teqdim-edilib
    Təqdimata hazırlaşan Vivo V50-nin ilk rəsmi tizer fotosu təqdim edilib
    teqdimata-hazirlasan-vivo-v50-nin-ilk-resmi-tizer-fotosu-teqdim-edilib