main-post-cover

    Vivo V50-nin rəsmi render fotoları və bəzi texniki imkanları təqdim edilib

    Cihazlar+
    05.02.2025
    Emil Nəcəfov
         Vivo şirkəti bu ay ərzində Vivo V50 smartfonunu təqdim etməlidir. Smartfonun bu ayın ortasında təqdim olunacağı gözlənilir. Daha öncə Vivo V50-nin render fotosu ortaya çıxmışdı. İndi isə şirkət sözügedən smartfonun müxtəlif gövdə rənglərində rəsmi render fotolarını və onun barəsində bəzi məlumatları təqdim edib. Təqdim edilmiş render fotolarda Vivo V50 smartfonu çəhrayı, boz və mavi gövdə rənglərində əks olunub.
         Fotolardan da görmək olar ki, smartfon yuvarlaq kənar hissələrə sahib gövdə dizaynını əldə edəcək. Onun arxa panelinin yuxarı sol hissəsində isə oval formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində 2 ədəd kamera mövcud olacaq. Təqdim edilmiş rəsmi render fotolardan birində qeyd edilmiş məlumata əsasən smartfon 50 MP + 50 MP iklili arxa kamera və 50 MP-lik ön kamera ilə təchiz olunacaq.
         Digər bir render fotoda olan məlumatda isə qeyd edilib ki, Vivo V50-nin gövdəsi IP68/69 standartları üzrə sudan qorunma özəlliyinə sahib olacaq. Üstəlik şirkət rəsmi şəkildə təsdiqləyib ki, smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Cihazın gövdə qalınlığı isə 7.39 mm təşkil edəcək. Qeyd etmək lazımdır ki, Vivo V50-nin Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Mənbə: Gadgets360
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan Vivo V50-nin ilk rəsmi tizer fotosu təqdim edilib
    teqdimata-hazirlasan-vivo-v50-nin-ilk-resmi-tizer-fotosu-teqdim-edilib
    Vivo V50-nin yeni render fotosu və bəzi texniki imkanları təqdim edilib
    vivo-v50-nin-yeni-render-fotosu-ve-bezi-texniki-imkanlari-teqdim-edilib
    Bu il nazik gövdəli smartfonların ili olacaq
    bu-il-nazik-govdeli-smartfonlarin-ili-olacaq
    Vivo V50 smartfonunun real fotoları və bəzi texniki imkanları ortaya çıxıb
    vivo-v50-smartfonunun-real-fotolari-ve-bezi-texniki-imkanlari-ortaya-cixib
    Vivo X200 Ultra-nın hər tərəfdən əks olunan fotosu ortaya çıxıb
    vivo-x200-ultra-nin-her-terefden-eks-olunan-fotosu-ortaya-cixib