main-post-cover

    Üçqat qatlana bilən Huawei Mate XTs-in təqdimatı anons edilib

    Cihazlar+
    28.08.2025
    Emil Nəcəfov
         Huawei üçqat qatlana bilən smartfon təqdim edən yeganə şirkət olaraq qalır. Rəqiblər hələ analoji modellər buraxmağa imkan tapmayıblar, lakin Çin istehsalçısı vaxt itirmir və alıcılara daha bir üçqat cihazı təqdim etməyə hazırlaşır. Keçən il təqdim edilmiş Huawei Mate XT ictimaiyyətin böyük marağına səbəb olub, amma onun rəsmi qiyməti 3400$-a qədər çatdığı üçün hamı onu ala bilmir. Məhz alıcıları cəlb etmək üçün şirkət Huawei Mate XTs modelini satışa hazırlayır, onun təqdimatı 4 sentyabrda keçiriləcək. Tizer yeni üçqat qatlana bilən smartfon haqqında heç bir təsəvvür yaratmır, yalnız onun ağ-qızılı gövdədə olacağını göstərir. Qeyri-rəsmi məlumata görə, Huawei Mate XTs yeni Kirin 9020 prosessoru, dəyişən diafraqmalı 50 MP-lik kamera və stilus dəstəyi ilə təchiz ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qlobal bazarda Huawei FreeBuds SE 4 ANC naqilsiz qulaqlığı təqdim edilib
    qlobal-bazarda-huawei-freebuds-se-4-anc-naqilsiz-qulaqligi-teqdim-edilib
    Huawei MatePad Air 2025 planşeti təqdim edilib - QİYMƏTİ
    huawei-matepad-air-2025-planseti-teqdim-edilib-qiymeti
    Huawei MatePad 11.5 S 2025 planşeti təqdim edilib - QİYMƏTİ
    huawei-matepad-115-s-2025-planseti-teqdim-edilib-qiymeti
    İnsayderlər Huawei Mate XT-nin davamçısının təqdimat tarixini və qiymətini açıqlayıblar
    insayderler-huawei-mate-xt-nin-davamcisinin-teqdimat-tarixini-ve-qiymetini-aciqlayiblar
    HUAWEI Pura 80 Seriyası: Mobil foto çəkilişlərdə yeni imkanlar
    huawei-pura-80-seriyasi-mobil-foto-cekilislerde-yeni-imkanlar