
Qlobal bazarda Huawei FreeBuds SE 4 ANC naqilsiz qulaqlığı təqdim edilib
Cihazlar+
28.08.2025
Emil Nəcəfov
Huawei qlobal bazarda FreeBuds SE 4 ANC adlı yeni naqilsiz qulaqlığını təqdim edib. Model özündə erqonomik dizaynı, səs-küyün aktiv boğulması funksiyasını (ANC) və uzunmüddətli batareya ömrünü birləşdirir. Qulaqlıqlar yüngül gövdəyə malikdirlər: hər birinin çəkisi cəmi 4.3 qram təşkil edir. Rahat oturuş üçün istehsalçı 3 ölçüdə silikon qulaq yastığı təklif edir. Səs keyfiyyətinə 20 Hz-20 kHz tezlik diapazonuna malik 10 mm-lik dinamik drayver cavabdehdir. SBC və AAC kodekləri dəstəklənir. Səs-küyün aktiv boğulması sistemi səs səviyyəsini 24 dB-ə (desibel) qədər azaldır və 3 iş rejimi təklif edir - Ekstremal, Normal və Komfort. Gövdəyə inteqrasiya olunmuş 3 istiqamətli mikrofon fon səs-küyünü bloklayır və danışıq zamanı aydın və stabil səs təmin edir.

Hər bir qulaqlıq 41 mAh tutumlu litium-ion batareya təchiz olunub, şarj keysi isə 510 mAh batareyaya sahibdir. Səs-küyün boğulması funksiyası aktiv olduqda qulaqlıqlar 7 saata qədər, şarj keysi ilə birlikdə isə 35 saata qədər işləyir. ANC söndürüldükdə avtonom iş vaxtı müvafiq olaraq 10 və 50 saata qədər artır. Zəng rejimində cihaz səs-küyün boğulması olmadan 6 saata, onunla birlikdə isə 5 saata qədər işləməyi təmin edir. Qulaqlıqların keys vasitəsilə tam şarj olunmaları təxminən 60 dəqiqə, şarj keysinin özünün isə USB Type-C portu vasitəsilə 110 dəqiqəyə yaxın vaxt aparır. Qulaqlıqlarda gövdə IP54 standartına uyğun olaraq nəmişliyə və toza qarşı qorunur, lakin şarj keysi nəmədavamlı deyil. Qoşulma üçün Bluetooth 5.4 istifadə olunur. Huawei FreeBuds SE 4 ANC modelinin qiyməti və satışa çıxarılma tarixi hələ açıqlanmayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Huawei MatePad Air 2025 planşeti təqdim edilib - QİYMƏTİ

Huawei MatePad Air 2025 planşeti təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti MatePad 11.5 S 2025 planşeti ilə yanaşı ikinci yeni planşetini də təqdim edib. Söhbət, Huawei MatePad Air 2025-dən gedir. Bu yeni planşet 144 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1840 piksel keyfiyyətli 12 düym ölçülü LCD ekranla təchiz olunub.
Huawei MatePad 11.5 S 2025 planşeti təqdim edilib - QİYMƏTİ

Huawei MatePad 11.5 S 2025 planşeti təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti orta büdcəli MatePad 11.5 S 2025 planşetini təqdim edib. Şirkətin bu yeni planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1840 piksel keyfiyyətli 11.5 düym ölçülü LCD ekranla təchiz olunub.
İnsayderlər Huawei Mate XT-nin davamçısının təqdimat tarixini və qiymətini açıqlayıblar

İnsayderlər Huawei Mate XT-nin davamçısının təqdimat tarixini və qiymətini açıqlayıblar
Huawei şirkəti keçən il Huawei Mate XT adlı ilk üçqat qatlana bilən smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısını təqdim etməyə hazırlaşır.
HUAWEI Pura 80 Seriyası: Mobil foto çəkilişlərdə yeni imkanlar

HUAWEI Pura 80 Seriyası: Mobil foto çəkilişlərdə yeni imkanlar
10 iyul tarixində Huawei şirkəti mobil fotoqrafiya sahəsində yeni standartlar müəyyən edən innovativ funksiyalar və qabaqcıl texnologiyalarla təchiz olunmuş yeni flaqman smartfonlar seriyası HUAWEI Pura 80-i təqdim etdi.
Qatlana bilən Huawei Mate X7-nin texniki imkanları barəsində ilk məlumatlar verilib

Qatlana bilən Huawei Mate X7-nin texniki imkanları barəsində ilk məlumatlar verilib
Gözləntilərə əsasən Huawei şirkəti sentyabr ayında yeni qatlana bilən smartfonu Mate X7-ni təqdim edəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən yeni qatlana bilən smartfonun texniki imkanları barəsində ilk məlumatları təqdim edib.
Həftənin xəbərləri

