main-post-cover

    Tam ölçülü naqilsiz Nothing Headphones (1) qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    02.07.2025
    Emil Nəcəfov
         Nothing şirkəti Nothing Phone (3) subflaqman smartfonu ilə yanaşı öz ilk tam ölçülü qulaqlığını təqdim edib. Nothing Headphones (1) adlı yeni qulaqlıq brendə məxsus şəffaf dizayna və genişləndirilmiş funksiyalara malikdir. Səs tənzimləmələri Hi-FiHi-End səviyyəli audio sistemləri istehsal edən Britaniyanın KEF şirkətinin mütəxəssisləri tərəfindən həyata keçirilib. Qulaqlıqda 40 mm-lik səsgücləndiricilər istifadə olunub. Onlar nikel örtüklü poliuretan membranla təchiz edilib.
         Cihaz məkan səsi (spatial audio), AAC, SBC LDAC kodeklərini, eləcə də adaptiv bas gücləndirmə funksiyasını dəstəkləyir. Daha dəqiq tənzimləmə üçün 8 zolaqlı ekvalayzer təqdim olunur. Aktiv səsboğucu sistem (ANC) 2000 Hz-ə qədər tezlikləri əhatə edir və xarici səslərin səviyyəsini 42 dB-ə (desibel) qədər azaldır. Şəffaflıq rejimi ətrafda baş verənləri eşitməyə imkan verir. Qulaqlıq səs siqnalı mənbəyinə Bluetooth 5.3 vasitəsilə qoşulur.
         Onun gövdəsi üzərində səs səviyyəsini tənzimləmək və musiqilərin idarəsini həyata keçirmək üçün düymələr və fırlanan tənzimləyici yerləşdirilib. Nothing Headphones (1) qulaqlığında enerji təchizatından 1040 mAh enerji tutumlu batareya cavabdehdir. Qulaqlıq sürətli şarj texnologiyasını dəstəkləyir: cəmi 5 dəqiqəlik şarj prosesi 5 saatlıq iş rejimini təmin edir. Aktiv səsboğucu sistem aktiv olduqda avtonom iş vaxtı 35 saata qədər, ANC olmadan isə 80 saata qədərdir. Nothing Headphones (1) 15 iyul tarixində satışa çıxacaq və onun qiyməti 299$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    nothing-phone-3-subflaqman-smartfonu-teqdim-edilib-qiymeti
    Nothing Phone (3)-ün ilk real fotosu ortaya çıxıb
    nothing-phone-3-un-ilk-real-fotosu-ortaya-cixib
    Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib
    muxtelif-brendlerin-android-16-ni-elde-edecek-cihazlarinin-siyahisi-teqdim-edilib
    Nothing Phone (3)-də Glyph işıqlandırma Glyph Matrix elementi ilə əvəz ediləcək
    nothing-phone-3-de-glyph-isiqlandirma-glyph-matrix-elementi-ile-evez-edilecek
    Tamölçülü Nothing Headphone (1) qulaqlığının fotoları ortaya çıxıb
    tamolculu-nothing-headphone-1-qulaqliginin-fotolari-ortaya-cixib