
Nothing Phone (3)-ün ilk real fotosu ortaya çıxıb
Cihazlar+
25.06.2025
Emil Nəcəfov
Nothing şirkəti 1 iyul tarixində Nothing Phone (3) smartfonunu təqdim edəcək. Təqdimata sayılı günlər qalmış internetdə Nothing Phone (3)-ün ilk real fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfonun yalnız arxa paneli əks olunub. Foto sözügedən smartfon barəsində daha öncə olmuş vacib bir məlumat sızıntısını təsdiqləyib. Belə ki, Nothing Phone (3)-də Glyph adlı ənənəvi işıqlandırma sistemi olmayacaq. Onun əvəzinə arxa panelin yuxarı sağ hissəsində Glyph Matrix adlı kiçik ölçülü matrisalı ekran yerləşəcək. Artıq rəsmi olaraq məlumdur ki, Nothing Phone (3) smartfonu Snapdragon 8s Gen 4 subflaqman prosessoru vasitəsilə çalışacaq.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib

Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib
Jurnalistlər Android əməliyyat sisteminin yeni versiyasını alacağı demək olar ki, dəqiq olan cihazların geniş siyahısını hazırlayıblar. Təxminən 2 həftə əvvəl Google Android 16 yeniləməsi üzərində əsas işləri tamamladı.
Nothing Phone (3)-də Glyph işıqlandırma Glyph Matrix elementi ilə əvəz ediləcək

Nothing Phone (3)-də Glyph işıqlandırma Glyph Matrix elementi ilə əvəz ediləcək
Bir müddət əvvəl insayderlərdən biri məlumat vermişdi ki, Nothing Phone (3) smartfonu bu seriyanın fərqləndirici elementi olan tanınmış Glyph işıqlandırma sistemini əldə etməyəcək.
Tamölçülü Nothing Headphone (1) qulaqlığının fotoları ortaya çıxıb

Tamölçülü Nothing Headphone (1) qulaqlığının fotoları ortaya çıxıb
İnternetdə Nothing Headphone (1) adlı tamölçülü qulaqlığın fotoları ortaya çıxıb. Bu qulaqlıq 1 iyul tarixində Nothing Phone (3) smartfonu ilə birlikdə təqdim olunacaq.
Nothing Phone (3)-ün hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb

Nothing Phone (3)-ün hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
Nothing şirkəti 1 iyul tarixində Nothing Phone (3) smartfonunu təqdim edəcək. Müddət yaxınlaşdıqca şirkət sözügedən smartfon barəsində müəyyən məlumatları paylaşmağa davam edir.
Təqdimata hazırlaşan Nothing Phone (3)-ün render fotosu təqdim edilib

Təqdimata hazırlaşan Nothing Phone (3)-ün render fotosu təqdim edilib
Nothing şirkəti 1 iyul tarixində Nothing Phone (3) smartfonunu təqdim edəcək. İndiyənə kimi bu smartfonun xarici görünüşü məlum deyil idi və şirkət bu mövzuda yalnız tizer fotolar paylaşırdı.
Həftənin xəbərləri

