main-post-cover

    Samsung Galaxy Z Fold 7 və Z Flip 7 smartfonları barəsində yeni təfərrüatlar təqdim edilib

    Cihazlar+
    31.01.2025
    Emil Nəcəfov
         Samsung şirkəti bu ilin ikinci yarısında yeni qatlana bilən smartfonlarını təqdim edəcək. Söhbət, Galaxy Z Fold 7Z Flip 7 smartfonlarından gedir. İnsayderlər bu smartfonlar barəsində yeni təfərrüatları təqdim ediblər. Yeni məlumatlar smartfonların hansı həcmdə RAM və daxili yaddaşları əldə edəcəklərini əks etdirirlər. Bununla yanaşı Məlumatlarda Galaxy Z Fold 7-nin hansı prosessor vasitəsilə çalışacağı da qeyd edilib.
         Beləliklə insayderlərin sözlərinə inansaq, Galaxy Z Fold 7 smartfonu bütün regionlarda Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Bu smartfon özündə 12 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini birləşdirəcək. Beləliklə bu mövzuda o, keçən ilki Galaxy Z Fold 6-dan heç də fərqlənməyəcək. Galaxy Z Flip 7 smartfonuna gəldikdə isə məlumatda qeyd edilib ki, o, 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edəcək.
          Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən il təqdim edilmiş Galaxy Z Flip 6 smartfonu minimum 128 GB daxili yaddaş həcmini təklif edir. Burdan da belə qənaətə gəlmək olar ki, Samsung bu il təqdim edəcəyi Galaxy Z Flip 7-də minimal 128 GB daxili yaddaş həcmindən imtina edəcək. Məlumatlarda Galaxy Z Flip 7-nin hansı prosessor vasitəsilə çalışacağı qeyd edilməyib. Lakin son məlumat sızıntılarına inansaq, Galaxy Z Fold 7-dən fərqli olaraq Galaxy Z Flip 7 smartfonu Exynos prosessorunu əldə edəcək.
    Mənbə: Gadgets360
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nazik gövdəli Samsung Galayx S25 Edge smartfonunun ilk kamera məlumatları təqdim edilib
    nazik-govdeli-samsung-galayx-s25-edge-smartfonunun-ilk-kamera-melumatlari-teqdim-edilib
    Samsung Galaxy Z Flip 7-nin kamera göstəriciləri ortaya çıxıb
    samsung-galaxy-z-flip-7-nin-kamera-gostericileri-ortaya-cixib
    Samsung-un təqdim olunmamış ilk XR cihazının icmalı yayımlanıb (VİDEO)
    samsung-teqdim-olunmamis-ilk-xr-cihazinin-icmali-yayimlanib-video
    Samsung Galaxy S25 Edge smartfonunu bəzi texniki özəllikləri açıqlanıb
    samsung-galaxy-s25-edge-smartfonunu-bezi-texniki-ozellikleri-aciqlanib
    Bu il nazik gövdəli smartfonların ili olacaq
    bu-il-nazik-govdeli-smartfonlarin-ili-olacaq