main-post-cover

    Samsung Galaxy Z Flip 7-nin kamera göstəriciləri ortaya çıxıb

    Cihazlar+
    28.01.2025
    Emil Nəcəfov
         Samsung bu il yeni qatlana bilən smartfonlarını təqdim edəcək. Onlardan biri də qatlana bilən qapaqlı Galaxy Z Flip 7 modeli olacaq. Technote.az 9to5Google saytına istinadən bildirir ki, Samsung-un bu il təqdim edəcəyi Galaxy Z Flip 7 modeli ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Yeni məlumatlar sözügedən smartfonun kameralarını əhatə edir. Sızdırılan məlumatlara görə, cihazın kamera xüsusiyyətlərində əhəmiyyətli dəyişikliklər gözlənilmir.
         Məlumata əsasən, Galaxy Z Flip 7 aşağıdakı kamera quruluşuna sahib olacaq:
    • Əsas kamera: 50 MP
    • Ultra-geniş bucaqlı kamera: 12 MP
    • Ön kamera: 10 MP.
         Bu göstəricilər, əvvəlki model olan Galaxy Z Flip 6-nın kamera xüsusiyyətləri ilə eynidir. Xüsusilə, ultra geniş bucaqlı və ön kameraların bir neçə nəsildir dəyişmədiyi qeyd olunur.
         Samsung-un qatlana bilən smartfonlarına olan tələbatın son dövrlərdə azaldığı və Galaxy Z Flip 6 və Fold 6 modellərinin satış hədəflərinə çatmadığı bildirilir. Buna baxmayaraq, şirkət 2025-ci ildə dörd yeni qatlana bilən cihaz təqdim etməyi planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung-un təqdim olunmamış ilk XR cihazının icmalı yayımlanıb (VİDEO)
    samsung-teqdim-olunmamis-ilk-xr-cihazinin-icmali-yayimlanib-video
    Samsung Galaxy S25 Edge smartfonunu bəzi texniki özəllikləri açıqlanıb
    samsung-galaxy-s25-edge-smartfonunu-bezi-texniki-ozellikleri-aciqlanib
    Bu il nazik gövdəli smartfonların ili olacaq
    bu-il-nazik-govdeli-smartfonlarin-ili-olacaq
    Samsung Galaxy S25 Edge smartfonunun sürətli naqilsiz şarj texnologiyasının gücü məlum olub
    samsung-galaxy-s25-edge-smartfonunun-suretli-naqilsiz-sarj-texnologiyasinin-gucu-melum-olub
    Samsung rəsmisi nazik gövdəli Galaxy S25 Edge smartfonunun nə zaman satışa çıxa biləcəyini açıqlayıb
    samsung-resmisi-nazik-govdeli-galaxy-s25-edge-smartfonunun-ne-zaman-satisa-cixa-bileceyini-aciqlayib