Samsung Galaxy Flip FE-nin hansı prosessoru əldə edə biləcəyi açıqlanıb
Cihazlar+
14.11.2024
Emil Nəcəfov
Keçən həftə məlumat ortaya çıxdı ki, Samsung şirkəti gələn il Galaxy Flip FE adlı büdcəli qatlana bilən smartfonunu təqdim edəcək. Şirkətin bu ilki üçüncü rüb üzrə gəlir hesabatında Samsung-un top menecerlərindən biri bu layihənin mövcudluğunu təsdiqlədi. İndi isə insayderlər Galaxy Flip FE-nin hansı prosessor vasitəsilə çalışa biləcəyi barəsində məlumat veriblər.
Beləliklə onların sözlərinə əsasən Galaxy Flip FE smartfonu Galaxy S24 və S24+ modellərinin Avropada satılan versiyalarında istifadə edilən prosessoru əldə edə bilər. Söhbət, Exynos 2400 prosessorundan gedir. Əgər bu məlumat həqiqəti əks etdirirsə, büdcəli smartfonda flaqman səviyyəli prosessoru görmək olduqca təəccüblü olar. Lakin Galaxy Flip FE-nin daha aşağı satış qiymətinə sahib olması üçün şirkət onun digər texniki imkanlarını bir qədər sadələşdirə bilər. Buna misal olaraq kameraları, batareyanı və ekranı gətirmək olar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy Ring 2 smart üzüyünü daha tez satışa çıxara bilər
Samsung Galaxy Ring 2 smart üzüyünü daha tez satışa çıxara bilər
Samsung iyul ayında Galaxy Ring smart üzüyünü təqdim etmişdi. İndi isə şirkət Galaxy Ring 2 üzərində çalışır.
Samsung Galaxy S25 Slim-in mövcudluğu təsdiqlənib
Samsung Galaxy S25 Slim-in mövcudluğu təsdiqlənib
Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Samsung şirkəti kompakt ölçüyə sahib Galaxy S25 Slim smartfonu üzərində çalışır.
Samsung Galaxy S25 seriyasının dizaynı və ölçüləri ortaya çıxıb!
Samsung Galaxy S25 seriyasının dizaynı və ölçüləri ortaya çıxıb!
Snapdragon 8 Elite ilə Android bazarı canlanıb və yeni flaqman cihazlar yarışa qoşulub, lakin Samsung hələ flaqman modelini elan etməyib. Yeni ilin ilk aylarında təqdim olunacaq Galaxy S25, S25 Plus və S25 Ultra modellərinin dizayn və ölçüləri isə artıq sızdırılıb.
Exynos 2500 prosessorlu Galaxy S25+ smartfonu Geekbench testlərindən keçib
Exynos 2500 prosessorlu Galaxy S25+ smartfonu Geekbench testlərindən keçib
Biz biraz əvvəl xəbər verdik ki, gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 Ultra smartfonu Geekbench testlərindən keçib. İndi isə məlum olub ki, Geekbench testlərindən Galaxy S25 seriyasının daha bir modeli keçib. Söhbət, Galaxy S25+ smartfonundan gedir.
Samsung Galaxy S25 Ultra smartfonu Geekbench testlərindən keçib
Samsung Galaxy S25 Ultra smartfonu Geekbench testlərindən keçib
Samsung şirkətinin gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 smartfon seriyasına ənənə üzrə daxil olacaq modellərdən biri də Galaxy S25 Ultra olacaq.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!